oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Neft Fondunun nümayəndə heyəti Dövlət Vəsaitlərinin İdarəedilməsi Fondlarının Beynəlxalq İşçi Qrupunun iclasında iştirak etmişdir

07 Apr 2009 11:00:00

Neft Fondunun nümayəndə heyəti Dövlət Vəsaitlərinin İdarəedilməsi Fondlarının Beynəlxalq İşçi Qrupunun iclasında iştirak etmişdir

07 Apr 2009 11:00:00

2009-cu il aprelin 5-6-da Əl-Küveyt şəhərində Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun başçılıq etdiyi nümayəndə heyəti Dövlət Vəsaitlərinin İdarəedilməsi Fondlarının Beynəlxalq İşçi Qrupunun iclasında iştirak etmişdir.

İclasda Dövlət Vəsaitlərinin İdarəedilməsi Fondlarının Beynəlxalq Forumunun yaradılması haqqında qərar qəbul edilmişdir. Beynəlxalq Foruma üzvlük Dövlət Vəsaitlərinin İdarəedilməsi Fondları üçün açıqdır.

Forumun ilk iclasının cari ilin oktyabr ayında Azərbaycan hökuməti və Azərbaycan Respublikası Dövlət Neft Fondunun təşkilatçılığı ilə Bakı şəhərində keçiiləcəyi elan edildi.

Xəbərlərə abunə ol