oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Mətbuat xidmətinin məlumatı (2009-cu ilin yanvar-mart aylarında gəlir və xərclər barədə açıqlama)

27 Apr 2009 11:00:00

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Mətbuat xidmətinin məlumatı (2009-cu ilin yanvar-mart aylarında gəlir və xərclər barədə açıqlama)

27 Apr 2009 11:00:00

Azərbaycan Respublikası Dövlət Neft Fondu bildirir ki, 2009-cu ilin yanvar-mart ayları ərzində Neft Fondunun büdcə gəlirləri 1 349,2 milyon manat, büdcə xərcləri isə 1 398,7 milyon manat təşkil etmişdir.

2009-cu ilin yanvar-mart ayları ərzində Dövlət Neft Fondunun neft sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 1 274,5 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 1 272,2 milyon manat, tranzit gəlirləri 2,1 milyon manat, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri layihəsi üzrə dividentlərdən 0,1 milyon manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 0,1 milyon manat təşkil etmişdir.

Ötən rüb ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlir 74,7 milyon manata bərabər olmuşdur.

Hesabat dövrü ərzində Neft Fondunun 2009-cu il büdcəsinin icrası çərçivəsində 1 330,0 milyon manat vəsait dövlət büdcəsinə transfer edilmişdir. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 8,4 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması və Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilişi layihələrinin maliyyələşdirilməsi məqsədilə isə müvafiq olaraq 46,3 milyon manat və 11,3 milyon manat vəsait ayrılmışdır. 0,4 milyon manat "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsinə yönəldilmişdir. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə Neft Fondundan 1,1 milyon manat vəsait ayrılmışdır. 2009-cu ilin birinci rübü ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 1,2 milyon manat olmuşdur.Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Fondun büdcədənkənar xərcləri 215,8 milyon manat təşkil etmişdir.

2009-cu il aprelin 1-ə Fondun aktivləri 8 721,4 mln. manata (10 863,9 milyon ABŞ dolları) bərabər olmuşdur.

Xəbərlərə abunə ol