oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Şirkətlər ictimaiyyətə hesabat verəcəklər - zaman.com.az (06.04.2004)

06 Apr 2004 16:53:00

Şirkətlər ictimaiyyətə hesabat verəcəklər - zaman.com.az (06.04.2004)

06.04.2004


Neft və qaz hasilatı sahəsində şəffaflığın təmin edilməsi istiqamətində Azərbaycan hökuməti daha bir addım atdı. Belə ki, indən belə xarici və milli şirkətlər öz fəaliyyətləri barədə ictimaiyyətə hesabat verəcəklər. Bu barədə dünən Dövlət Neft Fondunun icraçı direktoru Samir Şərifov hesabat formalarını təqdim edərkən məlumat verib. Onun sözlərinə görə, belə bir hesabatın təqdim edilməsinin vacibliyi mineral ehtiyatlar hasilatı ilə məşğul olan sənaye sahələrində şəffaflıq təşəbbüsü tərəfindən irəli sürülüb. Xatırladaq ki, London konfransında prezident İlham Əliyevin təklifi ilə Azərbaycan da bu təşəbbüsə qoşulub. Hökumət komissiyasının hesabat veriləcək sahələri müəyyənləşdirdiyini vurğulayan S.Şərifov digər sahələrdə fəal iş aparılmadığından bu addımın yalnız neft və qaz hasilatı üzrə atılacağını bildirib.

Onun sözlərinə görə, ölkədə fəaliyyət göstərən xarici şirkətlərin əksəriyyəti hesabat təqdim etməyə razılıq verib. Onların arasında beynəlxalq təşəbbüsə qoşulmayan ölkələrin şirkətləri də var.

www.zaman.com.az