Beynəlxalq Valyuta Fondunun (BVF) Yaxın Şərq və Orta Asiya Departamentinin direktor müavini Culian Berengot 27-29 mart 2005-ci ildə Vyanada MDB ölkələrindən olan jurnalistlər üçün BVF tərəfindən təşkil olunmuş seminar zamanı “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində bildirmişdir ki, Azərbaycan və Beynəlxalq Valyuta Fondunun qarşılıqlı əməkdaşlığı prosesində ən mühüm hadisələrdən biri Azərbaycan Respublikası Dövlət Neft Fondunun təsis edilməsi olmuşdur. O demişdir: “Beynəlxalq Valyuta Fondu bu məsələdə Azərbaycan hökumətinə köməklik göstərmişdir. Artıq Neft Fondu regionun digər ölkələri üçün nümunə hesab olunur.”