oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

"Neft fondu şəffaflıq tərəfdarıdır" - BBC AZƏRİ (28.01.2008)

28 Jan 2008 17:24:00

"Neft fondu şəffaflıq tərəfdarıdır" - BBC AZƏRİ (28.01.2008)

28.01.2008

Bu günlərdə Azərbaycan Dövlət Neft Fondu 2007-ci ildəki fəaliyyəti və 2008-ci ildə maliyyələşdirəcəyi layihələrlə bağlı ictimaiyyət qarşısında hesabatla çıxış edib.

Həmin məlumatlara görə, 2007-ci ildə ildə Azərbaycan Dövlət Neft Fondundan 1 milyard 61, 2 milyon manat pul xərclənib.


2008-ci ildə isə 1 milyard 680 milyon manatın xərclənəcəyi gözlənilir.

Bəs görəsən bu vəsait hansı layihələrə xərclənəcək və onların reallaşdırılması üzərində hər hansı nəzarət mexanizmi varmı?

Məsələ ilə bağlı Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov BBC-ə müsahibə verib:

- Bu ildən başlayaraq Azərbaycan Dövlət Neft Fondu gənclərin xaricdə təhsil alması ilə bağlı yeni layihəyə başlayır.


Bu məqsəd üçün 5 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.

Bütövlükdə 2008-ci ildə Azərbaycan Dövlət Neft Fondunun gəlirlərı 3 milyard 609 milyon manat, xərcləri isə 1 milyard 680 milyon manat təşkil edəcək.

Bu vəsaitdən qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırıması üçün 145 milyon, dövlət büdcəsinə transfer 1 milyard 100 milyon manat, Oğuz Qəbələdən Bakıya su çəkilməsinə 211,82 milyon manat, Samur-Abşeron irriqasiya sisteminin yenidən qurulmasına isə 120, 6 milyon manat , Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişinə 88,7 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.


Bəs bu layihələrin reallaşdırılması ilə bağlı nəzarət mexanizmi varmı?

- Sadaladığım hər bir layihəninözünün icra agentliyi var və bu hər hansı dövlət qurumu olur.


Bu qurumlar dövlət qarşısında məsuliyyət daşıyır.

Amma bu bizə kifayət etmir.

Biz hər bir layihənin ilkin mərhələdə qiymətləndirilməsi ilə bağlı tövsiyyələr verir və sonrakı proseslərə nəzarət edirik.

Hər hansı kontraktın imzalanması "Dövlət satınalmalrı barədə" qanununa əsasən həyata keçirilir və Dövlət satınalmaları agentliyi tərəfindən də nəzarətdə saxlanılır.


Layihələrlə bağlı hər bir müqavilə üzrə fonda bütün sənədlər təqdim edilmədən pul ayrılmır.

Avans qarantiyaları , görülən işlər barədə təsdiqedici sənədlər tələb olunur.

Nəzarət zamanı hər hansı nöqsanlarla rastlaşırsınızmı?

- Hər beş sənəddən birində nöqsan olur.

Onların aradan qaldırılması tələb edilir və yalnız düzgün tərtib olunandan sonra pul ayrılır.

Bütün nözsanlar işçi qaydada aradan qaldırılır.

Nöqsanlar deyəndə hər hansı fırıldağın edildiyini nəzərdə tutmuram.

Sadəcə sənədləşmə ilə bağlı icraçıları nizam-intizama çağırırıq və tələblərimiz 100% yerinə yetiriləndə vəsait ayrılır.

Bəzən qeyri hökumət təşkilatları onlara adı çəkilən layihələrin icrası ilə bağlı kifayət qədər məlumatın verilməməsindən gileylənir. Bu nə dərəcədə həqiqətə uyğundur?


- Bu təşkilatlar belə məlumatları həmişə bizdən almağa çalışır.

Bəlkə onlara belə rahatdır.

Amma onlar layihələri bilavasitə həyata keçirən təşkilatlara müraciət etməlidirlər.

Onlar bilavasitə icra ilə məşğul olan peşəkar təşkilatlardır və ola bilsin ki, onlarda informasiyanın verilməsi , internetdə yerləşdirilməsi iləbağlı kifayət qədər təçrübə yoxdur.


Bununla belə onlarla işləmək lazımdır və məlumatı əldə etmək bu halda problem deyil.

Neft Fondu daim bu layihələrlə bağlı özündə olan məlumatları saytına yerləşdirir .

Biz şəffafflıq istiqamətində görülən işləri dəstəkləyir və bunun üçün şəraitin yaradılmasının tərəfdarıyıq.


BBC AZƏRİ