"Əsrin müqaviləsi"ndən sonra "Cənubi Qaz Dəhlizi" layihəsi regionun sosial-iqtisadi həyatında vacib hadisədir.
Bu barədə bazar ertəsi Trend-ə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov "Cənub Qaz Dəhlizi"nin tərkib hissəsi olan Trans-Adriatik qaz kəməri (TAP) layihəsinin Azərbaycan qazının Avropaya tədarükü marşrutu qismində seçilməsinin əhəmiyyəti haqqında sualı cavablandırarkən deyib.
Onun sözlərinə görə, bu hadisə, həmçinin kifayət qədər mürəkkəb geosiyasi regionda yerləşən ölkəmizin necə vacib və etibarlı tərəfdaş olduğunun növbəti təzahürüdür.
http://az.trend.az/capital/energy/2172986.html