Bakı, 26 avqust (AzərTAc). Avqustun 26-da Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov BMT-nin İnsan Hüquqları Şurasının biznes və insan hüquqları üzrə İşçi qrupunun nümayəndə heyəti ilə görüşüb.
ARDNF-in ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAc-a bildiriblər ki, görüşdə Ş.Mövsümov rəhbərlik etdiyi fondun vəsaitlərinin idarə edilməsi, investisiya fəaliyyəti, neft fondu tərəfindən maliyyələşdirilən layihələr, Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqi barədə qonaqlara ətraflı məlumat verib.
Sonunda ARDNF-in icraçı direktoru fondun fəaliyyətinə və MHŞT-nin tətbiqi prosesinə dair qonaqları maraqlandıran sualları cavablandırıb.