Azərbaycan Respublikası Prezidentinin 14 iyul 2011-ci il Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2010-cu il büdcəsinin icrası təsdiq edilmişdir.
Sərəncama uyğun olaraq, Neft Fondunun 2010-cu il büdcəsinin icrası gəlirləri 13 088 543,4 min manat, xərcləri 6 386 614,9 min manat səviyyəsində olmaqla təsdiq edilmişdir.