oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Dövlət Neft Fondunun 2017-ci il büdcəsi təsdiq edildi (10.01.2017)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 yanvar 2017-ci il tarixli Fərmanı ilə Dövlət Neft Fondunun 2017-ci il üçün büdcəsi təsdiq edildi. Neft Fondunun təsdiq olunmuş büdcəsinə uyğun olaraq, 2017-ci ildə Fondun gəlirlərinin 8 370 589,9 min manat, xərclərinin isə 14 483 856,0 min manat təşkil etməsi nəzərdə tutulur.

Dövlət Neft Fondunun 2017-ci il büdcəsinin gəlirlərinin aşağıdakı daxilolmalar hesabına formalaşması nəzərdə tutulur:

Sıra №-si

Gəlir mənbələri

Gəlirlərin məbləği (min manat)

2.1.

Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəqli üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərtilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçiləri, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla)

7 550 705,3

2.2.

Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilərin müqavilə sahəsindən istifadə üçün akrhesabı ödənişləri

3 465,0

2.3.

Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər

16 830,0

2.4.

Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər

799 094,6

2.5.

Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilərin ödədikləri bonuslar

495,0


Cəmi

8 370 589,9

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci il büdcəsinin xərcləri aşağıdakı məqsədlərə yönəldilir:

Sıra №-si

Xərc istiqamətləri

Xərclərin məbləği (min manat)

3.1.

Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi

90 000,0

3.2.

Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinə transfertin yuxarı həddi

6 100 000,0

3.3.

Makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankına transfertin yuxarı həddi

7 500 000,0

3.4.

Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi

70 000,0

3.5.

Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi

165 825,0

3.6.

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsi

29 304,0

3.7

Cənub Qaz Dəhlizi layihələrində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi

496 155,0

3.8

Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər

32 572,0


Cəmi

14 483 856,0

Neft Fondunun büdcəsinin təsdiq edilməsi Fondun Əsasnaməsi və büdcəsinin tərtibi və icrası Qaydaları ilə nəzərdə tutulmuş prosedurlara uyğun olaraq həyata keçirilmişdir.