oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Dövlət Neft Fondunun 2010-cu il üçün büdcəsi təsdiq edildi (25.12.2009)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il 25 dekabr tarixli Fərmanı ilə Dövlət Neft Fondunun 2010-cu il üçün büdcəsi təsdiq edildi. Neft Fondunun təsdiq olunmuş büdcəsinə uyğun olaraq, 2010-cu ildə Fondun gəlirləri 5 963 126,7 min manat, xərcləri 5428 431,2 min manat təşkil etməsi nəzərdə tutulur.

Dövlət Neft Fondunun 2010-cu il büdcəsinin gəlirlərinin aşağıdakı daxilolmalar hesabına formalaşması nəzərdə tutulur:


Gəlir mənbələri

Gəlirlərin məbləği

(min manat)

1.

Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərti ilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçiləri, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla)

5 564 476,9

2.

Neft-qaz layihələrinin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının payına düşən dividendlər (BTC layihəsi üzrə)

155 813,8

3.

Fondun aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər

241 936,0

4.

Digər gəlirlər və daxilolmalar

900,0


Cəmi

5 963 126,7


Dövlət Neft Fondunun 2010-cu il büdcəsinin xərcləri aşağıdakı məqsədlərə yönəldilir:


Xərc istiqamətləri

Xərclərin məbləği

(min manat)

1.

Qaçqınların və məcburi köçkünlərin sosial məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi

80 000,0

2.

Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsinə transfert

4 915 000,0

3.

Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi layihəsinin maliyyələşdirilməsi

200 000,0


4.

Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi

110 000,0

5.

Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi

80 000,0

6.

2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının maliyyələşdirilməsi

10 000,0

7.

Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər

33 431,2


Cəmi

5428 431,2

Neft Fondunun büdcəsinin təsdiq edilməsi Fondun Əsasnaməsi və büdcəsinin tərtibi və icrası Qaydaları ilə nəzərdə tutulmuş prosedurlara uyğun olaraq həyata keçirilmişdir.