Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli Fərmanı ilə Dövlət Neft Fondunun 2007-ci il üçün büdcəsinə dəyişikliklər edildi.
Fərmana uyğun olaraq, məcburi köçkünlər üçün yeni yaşayış qəsəbələrinin salınması işini sürətləndirmək və onların müvəqqəti məskunlaşdığı çadır düşərgələrinin tam ləğv edilməsini təmin etmək məqsədilə, Fondun 2007-ci il üzrə büdcəsinin qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə əlaqədar bəzi tədbirlərin maliyyələşdirilməsi ilə bağlı xərc maddəsi 124 161,0 min manatdan 154 161,0 min manata qədər artırılmaqla, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyləşdirilməsi ilə bağlı xərc maddəsi 50 000,0 min manatdan 30 000,0 min manata qədər və Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi layihəsi ilə bağlı xərc maddəsi 183 620,0 min manatdan 173 620,0 min manata qədər azaldıldı.