Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev2005-ci il 1 mart tarixli Fərmanıilə Dövlət Neft Fondunun 2005-cü il büdcəsini təsdiq etmişdir. Neft Fondunun təsdiq olunmuş büdcəsinə uyğun olaraq, 2005-ci ildə Fondun gəlirləri 1078033,3 milyon manat, xərcləri 1072871,0 mln. manat nəzərdə tutulur.
Dövlət Neft Fondunun 2005-ci il büdcəsinin gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:
N | Gəlir mənbələri | Gəlirlərin məbləği (milyon manat) |
1 | Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərti ilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçiləri, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla) | 849 562,5 |
2 | Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün ödənilən akrhesabı ödənişlər | 43 438,5 |
3 | Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər | 73 875,0 |
4 | Fondun aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər | 110 664,8 |
5 | Digər gəlirlər və daxilolmalar | 492,5 |
Cəmi | 1 078 033,3 |
Dövlət Neft Fondunun 2005-ci il büdcəsinin xərcləri aşağıdakı məqsədlərə yönəldilir:
N | Xərc istiqamətləri | Xərclərin məbləği (milyon manat) |
1 | Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi | 202 000,0 |
2 | Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri Layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi ilə bağlı xərclər | 105 000,0 |
3 | Azərbaycan Respublikasının 2005-ci il dövlət büdcəsinə transfer | 750 000,0 |
4 | Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər | 15 871,0 |
Cəmi | 1 072 871,0 |
Neft Fondunun büdcəsinin təsdiq edilməsi Fondun Əsasnaməsi və Büdcə qaydaları ilə nəzərdə tutulmuş prosedurlara uyğun olaraq həyata keçirilmişdir.