oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Dövlət Neft Fondunun 2023-cü il büdcəsinin icrası təsdiq edildi

Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2024-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2023-cü il büdcəsinin icrası təsdiq edilib.

Sərəncama uyğun olaraq, ARDNF-nin 2023-cü il büdcəsinin icrası gəlirləri 21 661 900,4 min manat, xərcləri isə 11 832 650,1 min manat olmaqla təsdiq edilib.