oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2006-cı il büdcəsinə dəyişikliklər və əlavə edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı (07.06.2006)

Azərbaycan Respublikasında istehsal edilən və ixrac olunan xam neftin kontrakt qiyməti ilə respublikadaxili topdansatış qiyməti arasındakı fərqdən cari ildə Azərbaycan Respublikasının Dövlət Neft Fonduna əlavə vəsaitlərin daxil olacağını nəzərə alaraq, habelə Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəmərinin tikintisi ilə bağlı xərclərin artması ilə əlaqədar bu artımın Azərbaycan Respublikasının həmin layihədəki iştirak payına düşən hissəsinin "Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri Layihəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iştirak payının maliyyələşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyul tarixli 739 nömrəli Fərmanına uyğun olaraq, Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə"yə və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları"nın 5.4.1-ci və 5.4.2-ci bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktorunun vəsatətini və Müşahidə Şurasının rəyini nəzərə alaraq, "Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2006-cı il büdcəsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 dekabr tarixli 346 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, - 12, maddə 1115; 2006-cı il, - 1, maddə 12) aşağıdakı dəyişikliklər və əlavə edilsin:

1.1. 1-ci bənddə "gəlirləri 807 842,6 min manat" sözləri "gəlirləri 854 085,5 min manat" sözləri ilə, "xərcləri 954 287,7 min manat" sözləri "xərcləri 1 026 287,7 min manat" sözləri ilə əvəz edilsin;

1.2. 2-ci bənddə verilmiş cədvəldə 5-ci və 6-cı sıra nömrələri müvafiq olaraq 6-cı və 7-ci sıra nömrələri hesab edilsin və aşağıdakı məzmunda 5-ci sıra əlavə edilməklə, cədvəldə gəlirlərin məbləği cəmi göstərilən sütunda "807 842,6" rəqəmi "854 085,5" rəqəmi ilə əvəz edilsin:

5. Azərbaycan Respublikasında istehsal edilən və ixrac olunan xam neftin kontrakt qiyməti ilə respublikadaxili topdansatış qiyməti arasındakı fərqdən Dövlət Neft Fonduna ödənişlər 46 242,9

1.3. 3-cü bənddə verilmiş cədvəlin 2-ci sıra nömrəsində xərclərin məbləği göstərilən sütunda "38 000,0" rəqəmi "110 000,0" rəqəmi ilə, cədvəldə xərclərin məbləğinin cəmi göstərilən sütunda "954 287,7" rəqəmi "1 026 287,7" rəqəmi ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Dövlət Neft Fondunun İcraçı direktoru bu Fərmandan irəli gələn məsələləri həll etsin.

3. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 7 iyun 2006-cı il.