8 aprel 1982-ci ildə anadan olmuşdur.
1999-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyat fakültəsində təhsil alıb, iqtisadçı.
2003-2005-ci illərdə Fransanın Nitsa-Sofiya Antipolis Universitetində maliyyə üzrə bakalavr təhsil alıb.
2005 - 2006-cı illərdə Fransanın Nitsa-Sofiya Antipolis Universiteti, maliyyə üzrə magistr dərəcəsi alıb.
İngilis, rus, türk, fransız
“Chartered Financial Analyst”(CFA)
“Certificate in Investment Performance Measurement” (CPIM)
Evlidir, bir övladı var.
2006-2014-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Fondunun İnvestisiya və Risklərin idarə edilməsi departamentlərində treyder, baş risk təhliliçisi, baş treyder, portfel meneceri vəzifələrində çalışıb.
2014-2016-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Fondunun Risklərin idarə edilməsi departamentinin direktor müavini vəzifəsində işləyib.
2016-2020-ci il 1 sentyabr tarixinədək Azərbaycan Respublikası Dövlət Neft Fondunun Risklərin idarə edilməsi departamentinin direktoru vəzifəsində işləyib.
2020-2024-cü il 12 iyun tarixinədək Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktorunun müşaviri vəzifəsində işləyib.
2024-cü il 12 iyun tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktorunun müavini vəzifəsinə təyin edilib.