• Fond
  • Beynəlxalq əlaqələr
  • 28 iyun 2018-ci il tarixli Azərbaycanda Hasilat Sənayesində Benefisiar Sahiblik Məlumatlarının Açıqlanmasına Dair Yol Xəritəsinin Tətbiqinə Dəstək Üçün Sual-Cavab Cədvəli
oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

28 iyun 2018-ci il tarixli Azərbaycanda Hasilat Sənayesində Benefisiar Sahiblik Məlumatlarının Açıqlanmasına Dair Yol Xəritəsinin Tətbiqinə Dəstək Üçün Sual-Cavab Cədvəli

28 iyun 2018-ci il tarixli Azərbaycanda Hasilat Sənayesində Benefisiar Sahiblik Məlumatlarının Açıqlanmasına Dair Yol Xəritəsinin Tətbiqinə Dəstək Üçün Sual-Cavab Cədvəli

Benefisiar sahiblik nədir?

Benefisiar sahiblik nəticə etibarilə şirkətin sahibi və şirkətdən və ya kommersiya fəaliyyətindən maliyyə şəklində fayda əldə edən şəxslərə işarə edir. Benefisiar sahibliyin açıqlanmasının vahid qlobal standartı yoxdur. Mümkün olan müxtəlif təfərrüatlı təriflər var və bu layihə Azərbaycan üçün münasib tərifin işlənib hazırlanmasını ehtiva edir.

Benefisiar sahibliyin açıqlanmasının Azərbaycanın hasilat sənayesilə əlaqəli faydaları nədir?

Benefisiar sahibliyin açıqlanması ictimaiyyətə şirkətin sahibini və ya kommersiya fəaliyyətindən faydalanan şəxsi müəyyən etməyə imkan verir. Bu Azərbaycana investisiya qoyan və ya burada hasilat sənayesi sahəsində müqavilə imzalayan şirkətlərdə inam və etibarın çoxalmasına xidmət etməklə biznes fəaliyyətini asanlaşdırır. Əlavə olaraq, bu hökumətə nəticə etibarilə kimin nə qədər gəlir əldə etdiyini izləməyə, vergi, rüsum və digər ödənişlərin toplanmasından əmin olmağa imkan verir. Həmçinin bu Azərbaycanın hasilat sənayesində şəffaflığa və yaxşı idarə olunmasına töhfə verəcək.

Bu layihənin əhatə dairəsi nədir?

Bu layihə yalnız Azərbaycandakı hasilat sənayesini nəzərə alır (yəni neft, qaz və mineral resursların kəşfi, inkişafı və hasilatı ilə əlaqəli kommersiya fəaliyyəti).

Bu layihənin vaxt çərçivəsi nədir?

Bu layihə 1 iyun 2018-ci il tarixində başlayıb və 31 oktyabr 2019-cu il tarixinədək başa çatması gözlənilir.

Bu layihə nə nəticə verəcək?

Bu layihə Azərbaycanın hasilat sənayesində benefisiar sahibliyin razılaşdırılmış tərifini, məlumatın toplanması, yoxlanılması və yayılması üçün tövsiyə olunan mexanizmləri (o cümlədən, qeydiyyata alınmalı olan şirkətlərin sayından və tələb olunacaq məlumatlarını yeniləmə periodundan asılı olaraq mümkün elektron həlli yolları) və benefisiar sahibliyin açıqlanmasının asanlaşdırılması üçün qanunvericilik layihəsini təqdim edəcək.

Bu layihə üçün niyə beynəlxalq məsləhətçilərdən istifadə edirsiniz?

Azərbaycan Vəkillər Kollegiyasının üzvü və beynəlxalq mühasibat şirkətinin yerli törəmə müəssisəsində (BDO Azərbaycan MMC) bir partnyor daxil olmaqla yerli məsləhətçilər fərqli yurisdiksiyalarda, bənzər tapşırıqlarda müvafiq təcrübəsi olan beynəlxalq məsləhətçilərlə birbaşa əlaqədə bu layihəni həyata keçirirlər. Bu beynəlxalq məsləhətçilər BDO-ya kömək edəcək və Azərbaycana onların bu sahədə qabaqcıl beynəlxalq praktika barədə biliklərindən faydalanmasına imkan yaradacaqlar.

Hansı şirkətlər benefisiar sahiblik məlumatı hesabatı verməli olacaqlar?

Hazırda hesabat vermə öhdəlikləri olan şirkətlər barədə qərar verilmiş olmasa da, gözlənilir ki, aşağıdakı fəaliyyətlərdən bir və ya bir neçəsi ilə məşğul olan şirkətləri əhatə edəcək:

  • kəşfiyyat lisenziyası üçün müraciət;
  • kəşfiyyat fəaliyyəti;
  • neft, qaz və ya mineral resursların işlənməsi;
  • neft, qaz və ya mineral hasilatı;
  • neft, qaz və ya mineral ixracı;
  • neft, qaz və mineral hasilatı sahəsində dövlətin paylarının alınması;
  • və yuxarıdakı və ya əlaqəli kommersiya fəaliyyətlərindən hər hansı birinin həyata keçirilməsi məqsədilə bir-biri ilə ortaq razılaşma.


Kimin məlumata çıxışı olacaq?

Şəffaflığın inkişaf etdirmək və ictimai açıqlamanı rəhbər prinsip kimi tətbiq etməklə benefisiar sahiblik məlumatına çıxışın həddi layihə ərzində müvafiq maraqlı tərəflər arasında razılaşdırılacaq və icra edilən və qəbul ediləcək qanunvericilikdə öz əksini tapacaq mexanizmlərin bir hissəsi olacaq.

Məlumat necə əldə ediləcək?

Bu da layihənin tətbiqi zamanı razılaşdırılacaq mexanizmlərin bir hissəsi olacaq. Ümid olunur ki, onlayn formada mövcud olacaq.

Benefisiar məlumatın açıqlanmasının kommersiya sirrinə hansı təsiri olacaq?

Açıqlama, sırf kommersiya sirlərini və ya əmlak məlumatlarını əhatə etməyəcək. Benefisiar sahiblərin və ya onların ailələrinin təhlükəsizliyinə xələl gətirə biləcək məlumatın mühafizəsi üçün – onların yaşayış ünvanları kimi məlumatların qorunması üçün addımlar da atılacaq.

Layihə hansı fəaliyyəti əhatə edəcək?

Layihəyə beynəlxalq təcrübənin kameral araşdırılması, Azərbaycan qanunvericiliyinin qiymətləndirilməsi, maraqlı tərəflərlə əlaqələr və iki məsləhətləşmə sessiyası daxildir.

Azərbaycan Hökumətinin himayəçi agentlikləri hansılardır?

Tətbiq edən agentlik ARDNF və icraçı agentlik Maliyyə Nazirliyidir.

AİB niyə bu layihəni maliyyələşdirir?

Azərbaycan Hökuməti və AİB arasındakı razılaşmaya müvafiq olaraq AİB-in inkişaf prioritetlərində uzun müddətli töhfəsi var və inkişaf partnyorları ilə yaxın məsləhət və işbirliyi içərisindədir. İnkişaf effektini artırmaq üçün AİB şəffaflığın artırılması və yaxşı idarəetmə təcrübəsinin yaradılmasında həvəslidir. Bu Azərbaycan üçün AİB tərəfindən təmin olunan texniki dəstəyin bir hissəsidir.

Suallar üçün zəhmət olmasa xanım Yagut İltifat Ertenliche-ə (Layihə İşçisi, Azərbaycan Rezident Missiyası, yertenliche@adb.org və ya +9885588106) və ya cənab Roland Pladet-ə (Baş Maliyyə Mütəxəssisi, Energetika Diviziyası, Mərkəzi və Qərbi Asiya Departamenti, Manila, Filippin, rpladet@adb.org və ya +6326326178) müraciət edin.

Maraqlanan tərəflər məsləhət prosesində necə iştirak edə bilərlər?

Maraqlı tərəflər hər hansı spesifik sorğuları ilə bağlı məsləhətçi ilə

E-mail: beneficial.ownership@bdo.az

Tel: +994 12 4886610

vasitəsilə birbaşa və / və ya HSŞK vasitəsilə əlaqə yarada bilərlər. Həmçinin məsləhətlərə cavab vermək və / və ya layihənin tətbiqi zamanı təşkil olunacaq plenar məsləhətləşmə sessiyalarında iştirak etmək fürsətləri olacaq.

Layihənin tətbiqi boyunca hər hansı təqdimat və / və ya məsləhətləşmələr planlanıbmı?

Bəli, təqdimat / məsləhətləşmənin təxmini cədvəli HSŞK saytından əldə edilə bilər.

Böyük həcmli hasilat sahələri olan digər ölkələrdə benefisiar sahibliyin açıqlanması reyestrinin hər hansı yaxşı nümunəsi varmı?

Bəli, benefisiar sahiblik reyestrləri bu ölkələrdə yaradılıb:

BK: https://www.gov.uk/get-information-about-a-company

Ukrayna: https://usr.minjust.gov.ua/ua/freesearch

Zambiya: https://eiti.org/document/2015-zambia-eiti-report