28 oktyabr 1957-ci ildə anadan olmuşdur.
1974 - 1979-cu illər Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil almış və fərqlənmə diplomu ilə bitirmişdir.
1982-ci ildə BDU-nun Yeni və ən yeni tarix kafedrasının əyani aspiranturasına qəbul olmuş və 1986-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir.
1992-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir.
Tarix elmləri doktoru (elmi adı – professor)
Siyasətçi, tarixçi
İngilis, rus, türk
Ailəlidir, dörd övladı var.
1986-1992-ci illərdə Bakı Dövlət Universitetinin Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasında baş laborant, müəllim, baş müəllim, dosent, Tarix fakültəsinin dekan müavini vəzifələrində çalışmışdır;
1992-1997-ci illərdə köçürmə yolu ilə Azərbaycan Respublikası Milli Məclisi Katibliyinin Beynəlxalq münasibətlər şöbəsində aparıcı mütəxəssis, baş məsləhətçi vəzifələrində çalışmışdır;
1997-2016-cı illərdə Bakı Dövlət Universitetinin Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının professoru işləmişdir;
2016-2024-cü illərdə AMEA Qafqazşünaslıq İnstitunun qurucu direktoru olmuşdur;
2017-ci ildən AMEA-nın müxbir üzvüdür.
IV, V, VI, VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir;
VI çağırış Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini olmuşdur;
VII çağırış Milli Məclis Sədrinin müavinidir.
1987-1991-ci illər - SSRİ Elmlər Akademiyasının Xarici siyasət və beynəlxalq münasibətlər tarixi Elmi Şurasının, SSRİ Siyasi Elmlər Assosasiyasının üzvü olmuşdur;
1987-2024-cü illər - Azərbaycan, ABŞ, Almaniya, Avstriya, Rusiya, Gürcüstan, Qazaxıstan, Ukrayna, Polşa, Macarıstan, Moldova, Türkiyə, İran, Estoniya, Hollandiya, Şimali Kipr Türk Cumhuriyyəti, Bolqarıstan və başqa ölkələrdə keçirilən beynəlxalq elmi konfranslarda məruzələr etmişdir;
2004-cü ilin mart-may ayları - ABŞ-ın Vircinya ştatının Fairfax şəhərindəki Corc Meyson Universitetində təhsil araşdırmaları proqramı üzrə çalışmışdır.
28.10.2017 - "Şöhrət" ordeni;
27.05.2018 - "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı;
24.12.2018 - Azərbaycan parlamentinin 100 illiyi münasibətilə Azərbaycan Respublikası Milli Məclisinin "Parlament" medalı;
09.07.2019 - "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919 - 2019)" yubiley medalı;
14.08.2019 - "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919 - 2019)" yubiley medalı;
24.02.2024 - "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı.