1976-cı ildə anadan olmuşdur.
1992-1997-ci illər Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsi
1997-1998-ci illər Pasifik Universitetinin Macgeorge hüquq məktəbinin hüquq üzrə magistrı
2004-cü il Azərbaycan Dövlət İqtisad Universitetinin iqtisadiyyat üzrə magistrı
Evlidir, 2 övladı var.
1995-ci ildə Bank sektorunda çalışıb.
1999-2002-ci illər hüquq şirkəti və özəl sektorda hüquqşünas kimi fəaliyyət göstərib.
1999-cu ildən ABŞ-ın Nyu-York ştatında Vəkillər Kollegiyasının üzvüdür.
2002-2003-cü illər İqtisadi inkişaf nazirinin müşaviri vəzifəsində işləyib.
2003-2004-cü illər Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsində çalışıb.
2004-2009-cu illər İqtisadi inkişaf nazirinin müavini vəzifəsində çalışıb.
2009-2013-cü illər Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi vəzifəsində işləyib.
2013-2017-ci illər Azərbaycan Respublikasının Təhsil naziri vəzifəsində işləyib.
5 dekabr 2017-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Vergilər naziri vəzifəsinə təyin edilib.
23 oktyabr 2019-cu il tarixindən Azərbaycan Respublikasının İqtisadiyyat naziri vəzifəsində çalışır.