oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Azərbaycan Respublikası Dövlət Neft Fondu Müşahidə Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (27.06.2018)

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə”nin 5.5-ci bəndinə uyğun olaraq qərara alıram:

1. Azərbaycan Respublikası Dövlət Neft Fondu Müşahidə Şurasının aşağıdakı yeni tərkibi təsdiq edilsin:

Novruz Məmmədov – Azərbaycan Respublikasının Baş naziri

Valeh Ələsgərov – Azərbaycan Respublikasının Milli Məclisi sədrinin müavini

Natiq Əmirov – Azərbaycan Respublikası Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi – şöbə müdiri

Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri

Şahin Mustafayev – Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Elman Rüstəmov – Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin sədri

2. “Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 73 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 11, maddə 1031; 2010, № 2, maddə 80; 2014, № 5, maddə 477; 2016, № 8, maddə 1384; 2017, № 8, maddə 1545) 1-ci hissəsi ləğv edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 iyun 2018-ci il.