Azərbaycan Respublikasının Dövlət Neft Fondu Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Komissiyanın və xarici və yerli şirkətlərin təqdim edəcəyi 2011-ci ili əhatə edən hеsаbatların təhlil edilərək tutuşdurulması və hesabatlara dair rəy verilməsi xidmətlərinin müsabiqə yolu ilə satınalınması məqsədilə "Dövlət Satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun V fəsli ilə müəyyən edilmiş üsulla təkliflər cəlb edir.
Bununla əlaqədar təkliflər vermək istəyən, Azərbaycan Respublikasında auditor fəaliyyəti ilə məşğul olmağa xüsusi razılığı (lisenziyası) olan, dünyada tanınmış nüfuzlu beynəlxalq auditor təşkilatları (bundan sonra "xidmət göstərənlər") öz təkliflərini Xidmət Təklifləri Sorğusunun (bundan sonra "XTS") tələblərinə əsasən 9 fevral 2012-ci il saat 11.00-dək Azərbaycan Respublikası Dövlət Neft Fonduna təqdim etməlidirlər.
Müsabiqə ilə bağlı XTS-ivə əlavə məlumatları almaq üçün əlaqələndirici şəxslə 498-77-53 (daxili 129) nömrəli telefon və ya farid.farzaliyev@oilfund.az ünvanlı elektron poçt vasitəsilə əlaqə saxlaya bilərlər.
MHŞT-nin Azərbaycanda həyata keçirilməsi barədə məlumatlarla www.eiti.az internet ünvanında yerləşən saytda tanış olmaq mümkündür.