Azərbaycan Respublikasının Dövlət Neft Fondu, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinə uyğun olaraq Bakı şəhəri, Nizami rayonu, 6-cı Köndələn küçəsi 2 ünvanında yeni inzibati binasının tikintisi işlərinin satın alınması məqsədilə təkliflər sorğusu üsulu ilə satınalma müsabiqəsi keçirir.
Müsabiqədə iştirak etmək istəyən podratçılar aşağıdakı tələblərə cavab verməlidirlər:
-yüksək mərtəbəli binaların tikintisi sahəsində ən azı 10 (on) illik iş təcrübəsi;
-xarici ölkələrdə (MDB ölkələri istisna olmaqla) tikintisi həyata keçirilmiş ən azı 3 (üç) ofis binası (hündürlüyü ən azı 100 (yüz) m, sahəsi ən azı 30 000 (otuz min) m2) layihəsi;
-illik dövriyyə vəsaiti həcminin ən azı 100 (yüz) milyon Azərbaycan manat və ya valyuta ekvivalenti məbləğində olması;
-xarici ölkələrdə tikinti sahəsində ən azı 2 (iki) illik iş təcrübəsi olan yüksək ixtisaslı mühəndis-texniki işçilərin olması.
Təkliflər 12 dekabr 2011-ci ilyerli vaxtla saat 18:00-a qədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə təqdim edilməlidir.
Ünvan: Bakı şəhəri, Neftçilər pr. 24, Azərbaycan Respublikasının Dövlət Neft Fondu
Əlaqə telefonu: 4987753 (dax. 112)
Faks: 4981760
E-mail: aguliyev@oilfund.az
Əlaqələndirici şəxs: Asif Quliyev