Azərbaycan Respublikası Dövlət Neft Fondu beynəlxalq maliyyə fəaliyəti ilə bağlı məsələlər üzrə hüquq məsləhətçilərin xidmətlərini cəlb etmək niyyətindədir.
İştirak etmək üçün tələb olunan şərtlər:
İddiaçı aşağıdakı tələblərə cavab verməlidir:
- Beynəlxalq maliyyə sövdələşmələri və müqavilələri üzrə hüquq məsləhətləri sahəsində tanınmış və nüfuzlu hüquq şirkəti olmaq;
- Neft və qaz sahəsi ilə bağlı hüquqi sənədləşmə daxil olmaqla, İnkişaf etməkdə olan Bazarlarla bağlı müvafiq təcrübəyə malik olmaq;
- Azərbaycan Respublikası ərazisində hüquqi məsləhət xidmətlərini həyata keçirilməsinə hüquq verən lisenziyaya malik olmaq;
Maraq göstərən şirkətlər 5 Mart 2002-ci il tarixindən gec olmayaraq öz maraqlarını təqdim etməklə yanaşı aşağıdakı sənədlərini təqdim etməlidirlər:
a. seçilməyə münasib olmalarını ispat edən sənədlər (lazımi lisenziya və şəhadətnamələr);
b. ARDNF-a hüquqi məsləhət xidməti göstərilməsi üçün təyin olunması nəzərdə tutulan yerli və baş idarə işçilərinin tərcümeyi-halları;
c. (b) bəndində qeyd olunan işçilərin xidmət göstərdiyi müştərilərin və iştirak etdiyi layihələrin siyahısı ;
d. hüquqi xidimətlərin göstərilməsi üzrə müqavilə layihəsi;
e. hüquqi xidmətlər üzrə tariflər (saat hesabı və ya digər).