Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2013-cü ildə fəaliyyəti haqqında hesabatı və maliyyə fəaliyyəti haqqında hesabatının auditinin nəticələrini özündə əksetdirənillik hesabatı dərc edilmişdir.
2010-cu ildən başlayaraq Neft Fondu tərəfindən dərc edilən illik hesabatlarda Azərbaycan ədəbiyyatının tanınmış simaları haqqında məlumatlar və yaradıcılıqlarından nümunələr yerləşdirilir. Dövlət Neft Fondunun 2013-cü il üzrə illik hesabatı Azərbaycan dilində dünyəvi poeziyanın görkəmli nümayəndələrindən biri olan Molla Pənah Vaqifə həsr edilmişdir.
Bu cür tərtibatda hazırlanan ilk hesabat - 2010-cu il üzrə Neft Fondunun illik hesabatı dahi Nizami Gəncəviyə, 2011-ci il üzrə illik hesabatı Azərbaycanın görkəmli şairi Məhəmməd Füzuliyə, 2012-ci il üzrə hesabatı isə İmadəddin Nəsimiyə həsr edilmişdir.
Neft Fondunun illik hesabatının ədəbi əsərlərlə zənginləşdirilmiş tərtibat üslubu eyni zamanda Azərbaycan ədəbiyyatının xarici auditoriyaya tanıdılması prosesinə Fondun kiçik bir töhfəsidir.