2014-cü il oktyabrın 22-də Bakıda Bank VTB ASC-nin Müşahidə Şurasının iclası keçirilmişdir. Bakıda keçirilən iclas Bank VTB ASC-nin tarixində Müşahidə Şurasının Rusiya Federasiyasından kənarda keçirdiyi ilk iclasdır.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru Şahmar Mövsümov Bankın Müşahidə Şurasının müstəqil üzvü kimi iclasda iştirak etmişdir.
İclasda Bankın fəaliyyətinə dair müxtəlif məsələlər müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir.