2006-cı il avqustun 21-də ''Azərbaycan Respublikasının 2006-cı il üçün Dövlət büdcəsi haqqında'' Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası Dövlət Neft Fonduna Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 5,3 milyon AZN məbləğində ödəniş edilmişdir. Qanunda Azərbaycan Respublikasında istehsal edilən və ixrac olunan xam neftin qiyməti bir barrel üçün 40 ABŞ dollarından yuxarı olduqda xam neftin kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxmaqla) respublikadaxili topdansatış qiyməti arasındakı fərqdən yaranan gəlirin Dövlət Neft Fonduna ödənilməsi nəzərdə tutulur.
Neft Fondunun 2006-cı il üçün büdcəsində Azərbaycan Respublikasında istehsal edilən və ixrac olunan xam neftin kontrakt qiyməti ilə respublikadaxili topdansatış qiyməti arasındakı fərqdən ödənişlərin həcmi 46,2 milyon manat nəzərdə tutulub.