oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Şəffaflıq Təşəbbüsü üzrə Beynəlxalq Məsləhətçi Qrupun növbəti toplantısı keçirilib

23 Jun 2006 11:00:00

Şəffaflıq Təşəbbüsü üzrə Beynəlxalq Məsləhətçi Qrupun növbəti toplantısı keçirilib

23 Jun 2006 11:00:00

2006-cı il iyunun 20-də Londondakı Lancaster House binasında Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Beynəlxalq Məsləhətçi Qrupun (BMQ) növbəti toplantısı keçirilmişdir. Azərbaycan hökumətini BMQ-də təmsil edən Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktoru Şahmar Mövsümov toplantıda iştirak etmişdir.

Toplantıda 2006-cı ilin oktyabrında Osloda keçiriləcək MHŞT üzrə 3-cü Beynəlxalq Konfrans qarşısında qrupun verəcəyi hesabat müzakirə olunmuş, MHŞT-nin tətbiqinin qiymətləndirilməsi metodologiyası konfransa təqdim edilmək üçün təsdiqlənmiş və Şəffaflıq Təşəbbüsü üzrə gələcək fəaliyyətlə bağlı fikir mübadiləsi aparılmışdır. Həmçinin toplantıda MHŞT çərçivəsində fəaliyyətin koordinasiya edilməsi üçün 20 nəfərdən ibarət Şuranın, eləcə də MHŞT üzrə katibliyin yaradılması təklifinin Oslo konfransında müzakirə edilməsi qərara alınmışdır.

Xəbərlərə abunə ol