oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Neft Fondunun icraçı direktoru Norveçin neft və enerji nazirinin müavinini qəbul etmişdir

08 Jun 2007 07:18:00

Neft Fondunun icraçı direktoru Norveçin neft və enerji nazirinin müavinini qəbul etmişdir

08 Jun 2007 07:18:00

Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov 2007-ci il iyunun 7-də Norveçin neft və enerji nazirinin müavini Anita Utsesin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Görüşdə Ş.Mövsümov Azərbaycan Respublikası Dövlət Neft Fondunun fəaliyyəti, Azərbaycanda Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün həyata keçirilməsi prosesi barədə qonaqlara məlumat vermişdir.

Xanım Anita Utses Şəffaflıq Təşəbbüsünün tətbiqində Azərbaycanın gördüyü işlərin dünya miqyasında bu Təşəbbüsün həyata keçirilməsi prosesi üçün böyük əhəmiyyət daşıdığını qeyd etmişdir.

Görüş zamanı Azərbaycan və Norveç neft fondlarının fəaliyyəti arasındakı oxşar və fərqli cəhətlər, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilmişdir.

Xəbərlərə abunə ol