oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Dövlət büdcəsində neftdən asılılıq ildən ilə azalır - xeber.net (07.10.2003)

07 Oct 2003 16:52:00

Dövlət büdcəsində neftdən asılılıq ildən ilə azalır - xeber.net (07.10.2003)

07.10.2003

Büdcə gəlirlərinin toplam göstəricisinin ildən ilə artması ilə yanaşı Azərbaycanın dövlət büdcəsinin neft gəlirlərindən asılılığı ildən ilə azalır.

Əgər 90-cı illərin ortalarında büdcə gəlirlərinin payına neft gəlirlərinin 60-65%-i düşürdüsə, ancaq indi bu göstərici 32-33%-ə bərabərdir. Bu barədə bu gün Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri Səttar Səfərov bildirib.

Səfərovun sözlərinə görə, gələn il Azərbaycan iqtisadiyyatına $3 mlrd.-a qədər xarici sərmayənin cəlbi gözlənir. Bundan başqa, dövlətin iqtisadi imkanlarının artması ilə dövlət büdcəsi xərclərinin sərmayə yönümlülüyü artır. "Ancaq əgər ölkədə 1 mln. qaçqın və məcburi köçkün, 1 mln.-dan çox pensiyaçı olduğu halda və indiki yoxsulluq səviyyəsində büdcənin sosial yükünün tələm-tələsik azaldılması mümkün deyil. Buna görə də, gələn il büdcə xərclərinin 60%-i sosial yönümlü olacaq",-deyə Səfərov bildirib.

Büdcə xərclərinin şəffaflığı məsələsinə toxunarkən o bildirib ki, 2004-cü il üçün dövlət büdcəsinin layihəsi ən kiçik xırdalıqlarına qədər işlənilib, sənəd parlamentə on-on beş səhifədə deyil, 1 200 səhifədə veriləcək.

Maliyyə Nazirliyinin Vergi Siyasəti və Büdcə Planlaşdırılması Baş İdarəsinin rəisi Azər Bayramov öz növbəsində bildirib ki, Azərbaycanın xarici borclanma səviyyəsi ölkə ümumi daxili məhsulunun (ÜDM) 22-23%-ə bərabərdir ki, bu da buraxılan normadır. Hökumətin fiksal siyasətinə toxunarkən o bildirib ki, siyasət vergi yükünün get-gedə azalmasına yönəldilib.

AR Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Samir Şərifov bildirib ki, dünya bazarında neftin qiymətinin mümkün azalmasından qorunmaq üçün hökumət mühafizəkar yanaşmaya meyllidir. Belə ki, gələn il üçün dövlət büdcəsi layihəsində neftin qiyməti bir barrel üçün $20 səviyyəsində götürülüb ki, bu da cari ilin büdcəsində nəzərdə tutulandan $0,5 çoxdur. O bildirib ki, gələn il fondun gəlirlərinin artması ilə neft gəlirləri iqtisadiyyatın neftdən kənar bölmələrinin inkişafı və infrastrukturun yaxşılaşdırılması üçün istifadə edilə bilər.

www.xeber.net