oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Hamının nə qədər pulu var? - Baku Post qəzeti (02.06.2012)

02 Jun 2012 11:42:00

Hamının nə qədər pulu var? - Baku Post qəzeti (02.06.2012)

Azərbaycanın strateji valyuta ehtiyatları əsasən 2 mənbədən – Mərkəzi Bankın ehtiyatları və Dövlət Neft Fondunun (ARDNF) aktivləri hesabına formalaşır. Bu, ölkəmizin iqtisadi inkişafını xarakterizə edən göstəricilərdən biridir. Bəs, görəsən, bu ilin sonuna qədər valyuta ehtiyatlarının məbləği nə qədər olacaq?

Dövlət Neft Fondundan “New Baku Post” qəzetinə verilən məlumata görə, 31 mart 2012-ci il tarixinə fondun aktivləri 32,36 milyard ABŞ dolları təşkil edib. Aydın məsələdir ki, quruma daxil olan vəsaitlərin təxminən yarısı dövlət büdcəsinə köçürülür. Bununla belə, ilin sonuna qədər fondun ehtiyatlarının bir qədər də artacağı gözlənilir. Artımın konkret məbləği isə dünya bazarında neftin hansı qiymətə satılmasından asılı olacaq.

Bu il Azərbaycanın büdcəsində qara qızılın hər barelinin qiyməti 80 dollardan götürülüb. Qiymətin bundan artıq olması ARDNF-ə əlavə vəsaitlərin daxil olması deməkdir və bu baxımdan ilin sonuna qədər Fondun aktivlərinin artımı aşağıdakı kimi proqnozlaşdırılır.

80 dollar – 31,8 milyard dollar

90 dollar – 33,2 milyard dollar

100 dollar – 34,4 milyard dollar

110 dollar – 35,7 milyard dollar

Göründüyü kimi, neftin qiymətinin büdcədə nəzərdə tutulandan 10 dollar artıq olması aktivlərin orta hesabla 1,3 milyard dollar artması deməkdir. Bu ilin ilk 5 ayında isə neftimizin dünya bazarında orta qiyməti 115 dollar olub. İlin sonuna qədər bu qiymət qalsa, ARDNF-in valyuta ehtiyatlarının 36 milyard dolları keçəcəyini proqnozlaşdırmaq olar. Bununla belə, yaxın 7 ay ərzində bazarda vəziyyətin necə olacağını zaman göstərəcək.

Mövcud qanunvericiliyə əsasən, ARDNF-in investisiya portfelinin ümumi dəyərinin 50%-i ABŞ dollarında, 40%-i avroda, 5 %-i isə ingilis funt sterlinqində ifadə olunan aktivlərə yerləşdirilir. Qalan 5%-lik hissə isə Böyük Yeddilərin, Avropa Valyuta Birliyinə daxil olan ölkələrin, Rusiya və Türkiyənin, həmçinin uzunmüddətli öhdəliklər üzrə yüksək kredit reytinqinə malik ölkələrin valyutalarında ifadə olunan aktivlərə yerləşdirilə bilər. Söhbət depozitlərdən, borc öhdəliklərindən, səhmlərdən, qızıl külçələrdən, daşınmaz əmlakdan gedir.

Mərkəzi Banka gəldikdə isə 1 may 2012-ci il tarixinə bu qurumun sərəncamında olan rəsmi valyuta ehtiyatlarının məbləği 10,95 milyard ABŞ dolları təşkil edib. Qeyd edək ki, Mərkəzi Bankın ehtiyatları bazardan xarici valyuta alınması hesabına artır. Bankda bildirirlər ki, Azərbaycanın valyuta bazarında tələb və təklif tez-tez dəyişdiyindən valyuta ehtiyatlarının məbləğini proqnozlaşdırmaq çətindir.

Çünki bu bazardakı proseslərə ölkə iqtisadiyyatının qurumundan əlavə qlobal maliyyə bazarlarında baş verən hadisələr də təsir göstərir. Bununla belə, bu il valyuta ehtiyatlarının artması ehtimalı yüksəkdir.

1995-2011-ci illərdə Mərkəzi Bankın valyuta ehtiyatlarının məbləği

(hər ilin yekununa görə, milyon ABŞ dolları ilə)

1995/ 250.00

1996/ 268.00

1997/ 550.20

1998/ 521.30

1999/ 726.90

2000/ 691.40

2001/ 698.40

2002 /681.71

2003/ 757.10

2004/ 876.86

2005/ 961.71

2006/ 1,967.33

2007/ 4,015.26

2008/ 6,136.99

2009/ 5,161.70

2010/6407.59

2011/ 10481.49

2001-2011-ci illərdə ARDNF-in valyuta ehtiyatlarının məbləği

(hər ilin yekununa görə, milyon ABŞ dolları ilə)

http://archive.bakupost.az/iqtisadiyyat/20120602020504584.html