oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Əli Əsədov - Azərbaycan Respublikasının Baş naziri

Əli Əsədov - Azərbaycan Respublikasının Baş naziri

Doğulduğu tarix

30 noyabr 1956-ci ildə anadan olmuşdur.

Təhsili

…–1978 - G.Plexanov adına Moskva Xalq Təsərrüfatı İnstitutu

İxtisaslaşma

Siyasətçi

Ailə vəziyyəti

İki övladı var.

İş təcrübəsi

1980–1989-cu illər - Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda baş laborant, aspirant, kiçik elmi işçi, elmi işçi vəzifələrində çalışıb;

1989–1995-ci illər - Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda dosent, kafedra müdiri vəzifələrində çalışıb;

1995–2000-ci illər - Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur;

18.04.1998-ci il - Azərbaycan Prezidenti Heydər Əliyevin 786 nömrəli Sərəncamı ilə Azərbaycan Prezidentinin iqtisadi məsələlər üzrə yardımçısı vəzifəsinə təyin edilib;

30.11.2012-ci il - Azərbaycan Prezidenti İlham Əliyevin 2574 nömrəli Sərəncamı ilə Azərbaycan Prezidentinin Administrasiyası rəhbərinin müavini vəzifəsinə təyin edilib;

2019-… illər - Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Baş nazir vəzifəsinə təyin edilib.

Təltif və mükafatları

22.06.2012-ci il - 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib;

30.11.2016-cı il - 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib;

27.05.2018 - "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı.