31 yanvar 1972-ci ildə anadan olmuşdur.
1990 - 1995-ci illər Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun Beynəlxalq iqtisadi əlaqələr fakültəsi, iqtisadçı
2003 - 2004-cü illər Harvard Universitetinin Con Kennedi adına Hökumət məktəbinin, dövlət idarəçiliyi üzrə magistrı
Dövlət maliyyəsi
İngilis, fransız, rus, türk
Evlidir, üç övladı var.
1995 - 2005-ci illər Azərbaycan Respublikası Milli Bankında beynəlxalq əlaqələr, valyuta ehtiyatlarının idarəedilməsi və maliyyə bazarlarının inkişafı sahələri üzrə baş iqtisadçı, qrup rəhbəri, şöbə rəisi, departament direktorunun müavini, departament direktoru, İdarə Heyəti sədrinin baş müşaviri vəzifələrində çalışıb.
2005 - 2006-cı illərdə Azərbaycan Respublikası Milli Bankının Baş direktoru vəzifəsində işləyib.
2006 - 2019-cu illərdə Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru vəzifəsində işləyib.
2006 - 2017-ci illərdə Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün Hökumət Komissiyasının sədri olmuşdur.
2006 - 2016-cı illərdə Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün Beynəlxalq İdarə Heyətinin üzvü olmuşdur.
2013-2020-ci illərdə Bank VTB ASC-nin Müşahidə Şurasının müstəqil üzvü olmuşdur.
2014-2019-cu illərdə Cənub Qaz Dəhlizi QSC-nin Müşahidə Şurasının üzvü olmuşdur.
2016-2019-cu illərdə Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının üzvü olmuşdur.
2017-2019-cu illərdə Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın sədri olmuşdur.
14 mart 2018-ci ildən Azərbaycan Beynəlxalq Bankının Müşahidə Şurasının sədridir.
2018-2019-cu illərdə Suveren Fondların Beynəlxalq Forumunun idarə heyətinin üzvü olmuşdur.
29 noyabr 2019-cu il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
09 sentyabr 2020-ci ildən Azərbaycan Respublikasının İqtisadi Şurasının üzvüdür.