oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Nəyə görə ARDNF?

Nəyə görə ARDNF?

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) beynəlxalq standartlara cavab verən, daim irəli istiqamətlənən, öz işçilərinin hərtərəfli inkişafına diqqət göstərən bir təşkilatdır. ARDNF-nin fəaliyyətində mühüm əhəmiyyət kəsb edən və daim diqqət mərkəzində olan məsələlərdən biri effektiv və şəffaf kadr siyasətinin həyata keçirilməsidir.

ARDNF-nin kadr siyasəti Fondda yüksək ixtisaslı və peşəkar gənc kadr potensialının formalaşdırılmasına yönəldilmişdir. Hal-hazırda yerli ali məktəblərin məzunları ilə bərabər ARDNF-də dünyanın bir çox ölkələrinin – ABŞ, İngiltərə, Fransa, BƏƏ, Macarıstan, Ukraynanın məşhur universitetlərində təhsil almış savadlı və təcrübəli kadrlar da çalışır.

ARDNF işçilərinin təhsilinə və inkişafına yüksək önəm verərək onlara müxtəlif yerli və xarici təşkilatların təşkil etdikləri treninqlərdə, seminarlarda və kurslarda iştirak etmək imkanı yaradır.

ARDNF-də təşkil edilmiş daxili onlayn kurslar vasitəsilə əməkdaşların bilik və səriştələrinin səviyyəsinin artırılmasına köməklik göstərilməsilə yanaşı, eyni zamanda onların fəaliyyətinin rəhbərlik tərəfindən qiymətləndirilməsinə əlavə şərait yaradılmışdır.

ARDNF-nin bugünkü və gələcək uğurları kollektivin birgə səylərinə və hər bir işçinin istəyinə bağlıdır. Məhz düzgün aparılmış siyasətin nəticəsində ARDNF qısa müddət ərzində yüksək nailiyyətlər əldə etmişdir.

ARDNF-ni seçməklə Siz peşəkar komandada işləmək və yüksək təcrübə qazanmaq imkanına malik olacaqsınız.