Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Samur Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin vaxtında icrasını təmin etmək məqsədilə, qərara alıram:
“Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2013-cü il büdcəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2012-ci il tarixli 803 saylı Fərmanında aşağıdakı dəyişikliklər edilsin:
1. 3-cü hissədəki cədvəlin 3.3-cü bəndində 107 438,0 rəqəmləri 173 938,0 rəqəmləri ilə, 3.4-cü bəndində 138 274,5 rəqəmləri 71 774,5 rəqəmləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 oktyabr, 2013-cü il