ARDNF Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 1999-cu il tarixli, 240 №-li Fərmanı ilə yaradılmış dövlət təsisatıdır. ARDNF barədə məlumatlarla http://www.oilfund.az ünvanında yerləşən internet səhifəsində tanış olmaq olar.
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən keçirilən tender aşağıdakı malların satın alınmasınıəhatə edir:
Satın alınacaq mallar Bakı şəhəri, Neftçilər prospekti 24 ünvanda yerləşən ARDNF-ə çatdırılmalıdır.
Tender proseduraları 14 sentyabr 2012-ci il, yerli vaxtla saat 11.00-da ARDNF-nin yerləşdiyi Bakı şəhəri, Neftçilər prospekti 24 ünvanında tender təkliflərinin (zərflərinin) açılması ilə başlanacaqdır.
Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:
Podratçılardan tələb olunan sənədlər 05 sentyabr 2012-ci il, yerli vaxtla 18:00-a qədər faks, elektron poçt və ya adi poçtla, tender təklifləri isə 13 sentyabr 2012-ci il, yerli vaxtla 18:00-aqədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə AZ1000, Bakı şəhəri, Neftçilər prospekti 24, ünvanda yerləşən ARDNF-ə təqdim edilməlidir.
Podratçıların ixtisas göstəricilərinin qiymətləndirilməsi və müqayisəsi üçün İnformasiya Texnologiyaları sahəsində ən azı 5 illik təcrübənin, müvafiq sahədə həyata keçirilmiş 3-5 layihənin olması, texniki və maliyyə imkanları, idarəetmə səriştəsi kimi meyarlara üstünlük veriləcəkdir.
Tenderin Əsas Şərtlər Toplusu Azərbaycan dilində tərtib olunmuşdur.
Əsas Şərtlər Toplusu və satın alınacaq malların tam siyahısı tenderdə iştirak edən podratçılara təqdim ediləcəkdir.
Podratçıların səlahiyyətli nümayəndələri tender təkliflərinin (zərflərin) açılmasında iştirak edə bilərlər.
Tender ilə əlaqədar suallar və sorğular RFP@oilfund.az ünvanlı elektron poçta və ya (+994 12) 498 17 60 nömrəli faksa (əlaqələndirici şəxslər Ülvi Abdullayev, Elnur Sultanov) göndərilə bilər. Əlaqə telefonu: (+994 12) 498 77 53 (dax. 111, 177)
Tender Komissiyası