oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

ARDNF-nin İcraçı direktoru ilə Fransa Sahibkarlar Təşkilatının nümayəndə heyəti arasında görüş keçirilib

11 May 2016 16:41:00

ARDNF-nin İcraçı direktoru ilə Fransa Sahibkarlar Təşkilatının nümayəndə heyəti arasında görüş keçirilib

11 May 2016 16:41:00

2016-cı il may ayının 11-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru Şahmar Mövsümov ilə MEDEF-in (Fransa Sahibkarlar Təşkilatı) biznes şurasının prezidenti və SUEZ qrupun baş direktorunun müavini xanım Mari-Anj Döbonun başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Ş. Mövsümov nümayəndə heyətinə ARDNF-nin fəaliyyəti, Fondun vəsaitlərinin idarə edilməsi, investisiya fəaliyyəti və Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT) çərçivəsində Azərbaycanın gördüyü işlər barədə məlumat verib.

Görüşdə Azərbaycan və Fransa arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti, gələcək inkişaf perspektivləri, ARDNF-nin bu ölkədəki investisiyaları və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbərlərə abunə ol