oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Dövlət Neft Fondunda mətbuat konfransı keçirilmişdir

12 Oct 2016 15:50:00

Dövlət Neft Fondunda mətbuat konfransı keçirilmişdir

12 Oct 2016 15:50:00

2016-cı il oktyabrın 12-də Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) KİV nümayəndələri üçün mətbuat konfransı keçirilmişdir.

Mətbuat konfransında ARDNF-nin İcraçı direktoru, Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə hökumət Komissiyasının və Çoxtərəfli Qrupun (ÇQ) sədri Şahmar Mövsümov Fondun 2016-cı ilin 9 ayı üzrə gəlir və xərcləri və Fondun investisiya fəaliyyətinin yekunları barədə məlumat vermiş və jurnalistləri maraqlandıran sualları cavablandırmışdır.

MHŞT üzrə ÇQ üzvlərinin də iştirak etdiyi mətbuat konfransında 20132014-cü illəri əhatə edən MHŞT hesabatlarının, 2014-cü il MHŞT Hesabatına dair MHŞT üzrə QHT Koalisiyasının Rəyinin və www.azeitireport.org internet səhifəsinin təqdimatları keçirilmiş, MHŞT-nin Azərbaycanda tətbiqi və bu istiqamətdə həyata keçirilən tədbirlər barədə media nümayəndələrinə məlumat verilmişdir.

MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulmuşdur. MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilmişdir.


Xəbərlərə abunə ol