oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

ARDNF-də “Danışaq” adlı daxili təşəbbüsə start verilib

19 Sep 2025 15:05:00

ARDNF-də “Danışaq” adlı daxili təşəbbüsə start verilib

19 Sep 2025 15:05:00

ARDNF-də əməkdaşlar arasında bilik və təcrübə mübadiləsini təşviq etmək məqsədilə “Danışaq” adlı yeni layihəyə start verilib. Bu təşəbbüs çərçivəsində əməkdaşlar aktual trendlər və Fondun fəaliyyəti ilə bağlı yeniliklər ətrafında bir araya gələrək müzakirələr aparmaq, eləcə də, maraq doğuran mövzularda həmkarlarının təqdimatlarını dinləmək imkanı əldə edəcəklər.


“Danışaq” layihəsinin ilk görüşündə Fondun Strateji kommunikasiya şöbəsinin əməkdaşları “Sosial medianın gücü: ARDNF yanaşması” mövzusunda təqdimatla çıxış ediblər.

Təqdimatda müasir kommunikasiya vasitələrinin əhəmiyyəti, sosial medianın Fondun brend imicinin qorunub saxlanılmasında rolu, həmçinin bu istiqamətdə əməkdaşların töhfəsinin önəmi geniş şəkildə müzakirə olunub.

Görüşdə iştirak edən bütün həmkarlarımıza təşəkkür edirik.

Xəbərlərə abunə ol