oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

ARDNF-də komandaqurma tədbiri çərçivəsində süni intellekt üzrə maarifləndirmə seminarı keçirilib

03 Jul 2026 16:23:00

ARDNF-də komandaqurma tədbiri çərçivəsində süni intellekt üzrə maarifləndirmə seminarı keçirilib

03 Jul 2026 16:23:00

ARDNF-də əməkdaşların bilik və bacarıqlarının inkişafı, innovativ düşüncə tərzinin təşviqi və komanda ruhunun gücləndirilməsi məqsədilə "Öyrən, sına, tətbiq et: Süni intellekt üzrə maarifləndirmə seminarı" adlı komandaqurma tədbiri keçirilib.

Fondun əməkdaşlarının birgə əməyi ilə hazırlanmış seminar çərçivəsində iştirakçılar süni intellekt alətlərinin gündəlik iş proseslərinə effektiv inteqrasiyası, məhsuldarlığın artırılması, rutin tapşırıqların optimallaşdırılması və qərarvermə prosesinin dəstəklənməsi istiqamətində praktiki bilik və bacarıqlar əldə ediblər. Seminar zamanı müxtəlif süni intellekt alətlərinin tətbiq imkanları, effektiv prompt hazırlama yanaşmaları, süni intellektdən təhlükəsiz və etik istifadə prinsipləri, eləcə də bu texnologiyaların iş proseslərində yaratdığı imkanlar interaktiv sessiyalar və praktiki tapşırıqlar vasitəsilə tətbiqi müstəvidə öyrənilib.

Seminar proqramının hazırlanmasına mühüm töhfə vermiş icraçı direktorun müşaviri Vadim Pşeniçnıy, İnformasiya təhlükəsizliyi şöbəsinin müdiri Elman Kərimli, İnformasiya sistemləri və rəqəmsal əməliyyatlar departamentinin direktoru Ramin Şıxəliyev və həmin departamentin data təhlilçisi Mustafa Əhmədov tədbirin əsas təqdimatçıları qismində çıxış ediblər.

Tədbir çərçivəsində ARDNF-nin tərəfdaşı olan “PGIM”- in baş direktoru, eyni zamanda “ReimTech” (Daşınmaz Əmlak İnvestisiya Texnologiyaları) forumunun təsisçisi və sədri Naqaş Tahir də iştirak edərək süni intellekt texnologiyalarının sürətlə inkişaf edən müasir iş mühitində yaratdığı imkanlar və rəqəmsal transformasiya prosesində əməkdaşlığın əhəmiyyəti barədə fikirlərini bölüşüb.

Tədbirin ərsəyə gəlməsində əməyi olan və fəal iştirakı ilə bu təşəbbüsə töhfə verən bütün həmkarlarımıza təşəkkür edirik. Bilik mübadiləsini, innovativ yanaşmanı və güclü komanda mədəniyyətini təşviq edən belə təşəbbüslərlə Fondun gələcəyinə birlikdə dəyər qatmağa davam edirik.

Xəbərlərə abunə ol