oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

ARDNF-nin icraçı direktoru "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb

16 Oct 2026 15:12:00

ARDNF-nin icraçı direktoru "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb

16 Oct 2026 15:12:00

ARDNF-nin İcraçı direktoru İsrafil Məmmədov Mentorluq Proqramı çərçivəsində beşinci “Yüksəliş” müsabiqəsinin qalibləri Toğrul Xəlilov və Şəhriyar Həsənverdiyevlə növbəti görüşünü keçirib.

Görüşdə əvvəlki mentorluq sessiyasında müəyyən edilmiş hədəflərə uyğun olaraq həyata keçirilən fəaliyyətlər müzakirə olunub, fərdi inkişaf planı üzrə əldə edilən nəticələrə nəzər salınıb. Müasir idarəetmə metodologiyaları və institusional inkişaf məsələləri ətrafında müzakirələr davam etdirilib. Bununla yanaşı, idarəetmə və liderlik bacarıqlarının, strateji yanaşma və effektiv qərarvermə qabiliyyətlərinin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilib. Müsabiqənin qalibləri Mentorluq Proqramı çərçivəsində bir il müddətində fərdi inkişaf proqramında iştirak edirlər.


Xəbərlərə abunə ol