oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Azərbaycan Respublikası Dövlət Neft Fondunun məlumatı ( 2003-cü ilin birinci rübü üçün gəlir və xərclər barədə açıqlama )

16 Apr 2003 11:00:00

Azərbaycan Respublikası Dövlət Neft Fondunun məlumatı ( 2003-cü ilin birinci rübü üçün gəlir və xərclər barədə açıqlama )

16 Apr 2003 11:00:00

Azərbaycan Respublikası Dövlət Neft Fondunun məlumatı
Gəlir və xərclər üzrə rüblük hesabat

Azərbaycan Respublikasının Dövlət Neft Fondu bildirir ki, cari ilin birinci rübü ərzində Neft Fondunun gəlirləri 346,5 milyard manat, xərcləri 165,9 milyard manat təşkil etmişdir.

Ötən dövr ərzində Dövlət Neft Fondunun neft sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 309,3 milyard manat, o cümlədən mənfəət neftinin satışından 117,9 milyard manat, akrhesabı ödənişlərdən 45,8 milyard manat, neftin Bakı-Supsa ixrac boru kəməri vasitəsi ilə Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən 15,1 milyard manat, dövlət əmlakının icarəyə verilməsindən 0,6 milyard manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 30 iyul 2002-ci il tarixli 739 N-li Fərmanına uyğun olaraq, 2003-cü ilin birinci rübü ərzində Azərbayan Respublikasının Milli Bankında saxlanılan 129,9 milyard manat bonus vəsaitləri Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri Layihəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iştirak payının maliyyələşdirilməsi çərçivəsində Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin ARDNŞ-in AzBTC Co. törəmə şirkətində olan səhmlərinin ödənilməsi məqsədi ilə Dövlət Neft Fonduna köçürülmüşdür. 2003-cü ilin birinci rübündə Neft Fondunun vəsaitinin idarə olunmasından 37,2 milyard manat, o cümlədən valyuta vəsaitlərinin yenidən qiymətləndirilməsindən 6,3 milyard manat gəlir əldə edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 22 avqust 2001-ji il tarixli 562 N-li, 07 sentyabr 2001-ci il tarixli 577 N-li və 13 may 2002-ci il tarixli 700 N-li Fərmanlarının və Neft Fondunun 2003-cü il büdcəsinin icrasını təmin etmək məqsədi ilə Ermənistan Respublikasının etnik təmizləmə və təcavüz siyasəti nəticəsində öz doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin maliyyələşdirilməsi çərçivəsində 2003-cü ilin ilk rübü ərzində Dövlət Neft Fondundan Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişləri əsasında 40,1 milyard manat vəsait istifadə edilmişdir. Qeyd edilən dövr ərzində Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri Layihəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iştirak payının maliyyələşdirilməsi üçün ödənilmiş vəsait 125,0 milyard manat təşkil etmişdir. 2003-cü ilin birinci rübündə Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər 0,8 milyard manat olmuşdur.

2003-cü il yanvarın 01-nə 3 trilyon 387 milyard manat (təqribən 692 milyon ABŞ dolları) təşkil etmiş Neft Fondunun vəsaiti 2003-cü ilin aprel ayının 1-nə 3 trilyon 568 milyard manata (təqribən 727 milyon ABŞ dolları) bərabər olmuşdur.

Xəbərlərə abunə ol