oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Dövlət Neft Fondunun 2003-cü il üçün büdcəsi təsdiq edildi

27 Jan 2003 11:00:00

Dövlət Neft Fondunun 2003-cü il üçün büdcəsi təsdiq edildi

27 Jan 2003 11:00:00

Azərbaycan Respublikası Prezidenti cənab H. Əliyev 2003-cü il 27 yanvar tarixli Fərmanı ilə Dövlət Neft Fondunun 2003-cü il büdcəsini təsdiq etmişdir. Neft Fondunun təsdiq olunmuş büdcəsinə uyğun olaraq 2003-cü ildə Fondun gəlirləri 1,219,516 milyon manat, xərcləri 1,217,755 milyon manat məbləğində nəzərdə tutulur.

Neft Fondunun 2003-cü ildə gəlirləri aşağıdakı daxil olmalar hesabına formalaşır:

No.

Gəlir mənbələri

Gəlirlərin məbləgi
(milyon manat)

1

Azərbaycan Respublikasının payına düşən xam neftin satışından əldə edilən gəlir (qanunvericiliklə nəzərdə tutulmuş ödənişlər çıxılmaq şərti ilə)

735 000

2

Bonus ödənişləri

326 873

3

Akrhesabı ödənişlər

46 975

4

Xarici şirkətlərlə bağlanmış müqavilələr çərçivəsində dövlət əmlakından istifadə üçün icarə haqqı

2 400

5

Fondun vəsaitinin yerləşdirilməsindən əldə edilən gəlir.

45 868

6

Digər gəlirlər və daxilolmalar.

62 400

Cəmi:

1 219 516

Neft Fondunun 2003-cü il xərcləri aşağıdakı məqsədlərə yönəldilir:

No.

Xərc istiqamətləri

Xərclərin məbləği
(milyon manat)

1

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 22 avqust tarixli 562 nömrəli «Erməni millətçilərinin apardıgı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında», 2001-ci il 07 sentyabr tarixli 577 nömrəli «Azərbaycan torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işqalı nəticəsində Ağdam və Fizuli rayonlarından didərgin düşmüş və çadır düşərgələrində müvəqqəti yerləşdirilmiş məgburi köçkünlərin bir qisminin həmin rayonların ərazisində məskunlaşdırılması ilə bağlı bəzi tədbirlər haqqında» və 2002-ci il 13 may tarixli 700 nömrəli «Biləsuvar rayonu ərazisində yerləşən beş çadır düşərgəsində məskunlaşmış məcburi köçkünlərin sosial məişət vəziyyətinin yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında» Fərmanlarının icrası ilə baglı xərclər

136 417

2

Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyul tarixli 739 nömrəli Fərmanına əsasən Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri Layihəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iştirak payının maliyyələşdirilməsi ilə bağlı xərclər

576 000

3

Azərbaycan respublikası 2003-cü il dövlət büdcəsinə transfert

500 000

4

Fondun idarə edilməsi ilə bağlı xərclər

5 338

Cəmi:

1 217 755

Neft Fondunun büdcəsinin təsdiq edilməsi Fondun Əsasnaməsi və Büdcə qaydaları ilə nəzərdə tutulmuş prosedurlara
uyğun olaraq həyata keçirilmişdir

Xəbərlərə abunə ol