oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Azərbaycan Şəffaflıq Təşəbbüsü üzrə ilk hesabatını açıqlamışdır

15 Mar 2005 11:00:00

Azərbaycan Şəffaflıq Təşəbbüsü üzrə ilk hesabatını açıqlamışdır

15 Mar 2005 11:00:00

Hazırki press-reliz MHŞT üzrə Komissiya, mineral ehtiyatların hasilatı sahəsində fəaliyyət göstərən şirkətlər, habelə qeyri-hökümət təşkilatlarının Koalisiyası tərəfindən birgə hazırlanmışdır.

"Təbii Ehtiyatların Hasilatı ilə Məşgul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbusu(MHŞT, Təşəbbüs)" adı altında 2003-cü il iyunun 17-də Londonda keçirilmiş konfransdan irəli gələn öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə Azərbaycan höküməti tərəfindən yaradılmış MHŞT üzrə Komissiya beynəlxalq nüfuza malik Deloyt ənd Tuş Şirkəti tərəfindən yoxlanılmış Azərbaycan Respublikası Hökümətinin mədən hasilatı sənayesində əldə etdiyi məcmu daxilolmaları barədə ilk hesabatlarını (2003-cü il üzrə illik və 2004-cü ilin ilk 6 ayı üzrə bəyannamələrini) bu gün açıqlamışdır. Dərc edilən hesabatlara eyni zamanda mineral hasilat sənayesində fəaliyyət göstərən şirkətlərin təqdim etdikləri fərdi hesabatların təhlili əsasında qeyd olunan audit şirkətinin verdiyi rəylər də daxildir.

Dərc olunmuş hesabat Şəffaflıq Təşəbbüsü çərçivəsində dünyada ilk dəfə olaraq hökümət tərəfindən hazırlanmış mineral ehtiyatların hasilatı üzrə sənaye sahələrindən məcmu gəlirlər barədə hesabat olmaqla bərabər, Azərbaycan hökümətinin Təşəbbüslə bağlı üzərinə götürdüyü öhdəliklərin tam yerinə yetirildiyini təsdiq edir.

Şəffaflıq Təşəbbüsü çərçivəsində təqdim olunmuş hesabatların dərc olunması Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Komissiya ilə, Azərbaycanın hasilat (neft və qaz) sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlər və 32 qeyri-hökumət təşkilatının (QHT) təmsil olunduğu Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası arasında imzalanmış 24 noyabr 2004-cü il tarixli Qarşılıqlı Anlaşma haqqında Memorandumun icrasının davamını təşkil edir. Memorandumum imzalanması ilə Təşəbbüsün Azərbaycan Respublikasında həyata keçirilməsi mexanizmi müəyyən edilmiş, onu imzalayan bütün tərəflər üçün tətbiqetmə çərçivəsi formalaşmışdır.

Olkənin hesabatı, eləcə də audit şirkətinin rəyi artıq Dövlət Neft Fondunun, habelə MHŞT üzrə Katiblik funksiyalarını yerinə yetirən Böyük Britaniyanin Beynəlxalq Inkişaf NazirliyininQHT-lərin təmsil olunduğu Mədən Hasilatında Şəffalığın Artırılması Koalisiyasının internet səhifələrində yerləşdirilmişdir.

MHŞT üzrə Komissiyanın sədri Samir Şərifov bununla bağlı qeyd etdi: "Hökümət tərəfindən mədən hasilatı sənayesində əldə etdiyi məcmu daxilolmaları barədə hesabatlarının (bəyannamələrinin) təqdim olunması və bu hesabatların, habelə mineral hasilat sənayesi sahələrində fəaliyyət göstərən şirkətlərin fərdi hesabatlarının yoxlanılması əsasında beynəlxalq nüfuza malik audit şirkəti tərəfindən verilmiş rəylərin mətbuatda dərc edilməsi Şəffaflıq Təşəbbüsünün Azərbaycan tərəfindən sözdə deyil əməli ilə dəstəkləndiyini nümayiş etdirir. Bu, mineral ehtiyatların hasilatı üzrə sənaye sahələrindən əldə olunan gəlirlərin şəffaf idarə edilməsi, habelə bu prosesə vətəndaş cəmiyyətinin də cəlb olunması üzrə Azərbaycan höküməti tərəfindən aparılan siyasətin əyani bir sübutudur ".

Yerli şirkətlər adından Dövlət Neft Şirkətinin(ARDNŞ) Prezidenti Natiq Əliyev tərəfindən bildirildi: "Yeni neft strategiyasının müvəffəqiyyətlə yerinə yetirilməsi sayəsində ARDNŞ dünyada aparıcı neft şirkətlərindən biri və birgə layihələrin həyata keçirilməsində etibarlı biznes tərəf müqabili kimi tanınmışdır. Bizim növbəti məqsədimiz, fəaliyyətimizi beynəlxalq standartlara cavab verən hesabatlıq və şəffaflıq standartlarına uyğun həyata keçirən şirkət kimi təsdiq etməkdir. Mən inanıram ki, bu istiqamətdə bizim tərəfdən atrıq çox vacib addımlar atılmış və gələcəkdə QHT-lərlə əməkdaşlıqda bu məqsədə çatmaq üçün əlimizdən gələni edəcəyik"

Xarici şirkətlər adından Devid Vudvord qeyd etdi ki, "Biz Azərbaycan tərəfindən Şəffaflıq çərçivəsində ilk hesabatların dərc olunmasını alqışlayır və bu Böyük Britaniya hökümətinin irəli sürdüyü Şəffaflıq Təşəbbüsü üzrə dünyada ilk belə nailiyyətdir. Audit şirkəti tərəfindən yerinə yetirilmiş hesabatların yoxlanılması prosesini rəğbətlə qarşılayırıq. Dünyada birinci dəfə bu kimi ilk hesabatlar təqdim olunduğundan, biz əminik ki, bu prosesi gələcəkdə daha da inkişaf etdirə bilərik, lakin eyni zamanda Azərbaycan Hökümətinin neft şirkətləri və vətəndaş cəmiyyəti ilə effektiv və məhsuldar əməkdaşlığı sahəsində əldə olunmuş nailiyyətin nə qədər vacib olduğunu nəzərdən qaçırmamalıyıq".

Qeyri-hökümət təşkilatlarının koalisiyası adından Sevgim Rəhmanov tərəfindən qeyd olundu ki, Şəffaflıq Təşəbbüsü çərçivəsində ilk hesabatın dərc edilməsi ilə mineral ehtayatların hasilatı sənayesində şəffaflığın təmin olunması istiqamətində irəliyə doğru əhəmiyyətli addım atılmışdır. Bu prosesin gələcəkdə daha da təkmilləşdirilməsi üçün biz həm hökümət, həm də hasilat sənaye sahələrində fəaliyyət göstərən şirkətlərlə birgə işimizi davam etdirməyə hazır olduğumuzu bildiririk.
Azərbaycan Respublikası Hökümətinin mədən hasilatı sənayesində əldə etdiyi məcmu daxilolmaları barədə hesabat Hesabat dövrü: 2003-cü il (illik)

Azərbaycan Respublikasının Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Senaye Sahələrində Şəffafliq Təşəbbüsü Komissiyası ( Müstəqil Mühasiblərin Rəyi) - 31 dekabr 2003

Azərbaycan Respublikası Hökümətinin mədən hasilatı sənayesində əldə etdiyi məcmu daxilolmaları barədə hesabat Hesabat dövrü: 2004-cü ilin yanvar-iyun ayları üzrə (altı aylıq)

Azərbaycan Respublikasının Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Senaye Sahələrində Şəffafliq Təşəbbüsü Komissiyası ( Müstəqil Mühasiblərin Rəyi) - 30 iyun 2004-cü il tarixdə bitən altı ay üzrə

Xəbərlərə abunə ol