oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Dövlət Neft Fondunun 2006-ci il büdcəsinə dəyişikliklər edildi

09 Jun 2006 11:00:00

Dövlət Neft Fondunun 2006-ci il büdcəsinə dəyişikliklər edildi

09 Jun 2006 11:00:00

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 2006-cı il tarixli Fərmanı ilə Dövlət Neft Fondunun 2006-cı il üçün büdcəsinə dəyişikliklər edilmişdir.

Bu dəyişikliklərə uyğun olaraq Dövlət Neft Fondunun 2006-cı il büdcəsinə Azərbaycan Respublikasında istehsal edilən və ixrac olunan xam neftin kontrakt qiyməti ilə respublikadaxili topdansatış qiyməti arasındakı fərqdən Neft Fonduna ödənişlərlə bağlı 46 242,9 min manat məbləğində gəlir maddəsi əlavə edilmiş, eləcə də Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri Layihəsinin tikintisi ilə bağlı xərclərin artmasını nəzərə alaraq və bu artımın Azərbaycan Respublikasının həmin layihədəki iştirak payına düşən hissəsinin Neft Fondu tərəfindən maliyyələşdirilməsini təmin etmək məqsədi ilə Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri Layihəsinin maliyyələşdirilməsi ilə bağlı büdcə xərcləri 38 milyon manatdan 110 milyon manata qədər artırılmışdır.

Xəbərlərə abunə ol