Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli, 434 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə»yə və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr tarixli, 579 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları»na müvafiq olaraq Azərbaycan Respublikasının Dövlət Neft Fondu tərəfindən Dövlət Neft Fondunun 2007-ci il büdcəsinin icrası ilə bağlı hesabat təqdim edilmişdir.
Həmin hesabata dair Dövlət Neft Fondunun Müşahidə Şurasının rəyini və Dövlət Neft Fondunun maliyyə fəaliyyətinin nüfuzlu beynəlxalq auditor təşkilatı tərəfindən keçirilmiş auditinin nəticələrini nəzərə alaraq,qərara alıram:
Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2007-ci il büdcəsinin icrası gəlirlər 1 886 164,8 min manat, xərclər 1 061 203,5 min manat məbləğində olmaqla və ya Dövlət Neft Fondunun 2007-ci il büdcəsində nəzərdə tutulana müvafiq olaraq 21,2% artıq gəlirlə və büdcə xərcləri üzrə 4,9 % kəsirlə aşağıdakı kimi təsdiq edilsin:
Sıra №-si | Göstəricilər | minmanatla |
Gəlirlər cəmi: | 1 886 164,8 | |
o cümlədən | ||
1 | Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərti ilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla) | 1 675 019,1 |
2 | Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsində istifadə üçün ödənilən akrhesabı ödənişlər | 5 594,7 |
3 | Neft və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər | 0,0 |
4 | Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə və ya səlahiyyətli dövlət orqanına sərmayəçilər tərəfindən ödənilən bonuslar (mükafatlar) | 58 068,0 |
5 | Digər gəlirlər və daxilolmalar | 1 288,9 |
6 | Fondun aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər | 72 285,3 |
7 | Azərbaycan Respublikasında istehsal edilən və ixrac olunan xam neftin kontrakt qiyməti ilə ölkədaxili topdan satış qiyməti arasındakı fərqdən Dövlət Neft Fonduna ödənişlər | 59 961,0 |
8 | Fondun aktivlərinin yenidən qiymətləndirilməsi ilə bağlı büdcədənkənar gəlirlər | 13 947,8 |
Xərclər cəmi: | 1 061 203,5 | |
o cümlədən | ||
1 | Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi | 154 116,6 |
2 | Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsinə transfert | 585 000,0 |
3 | Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi layihəsinin maliyyələşdirilməsi | 132 906,5 |
4 | Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi | 76 900,0 |
5 | Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi | 20 712,5 |
6 | Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi üzrə layihədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iştirak payı ilə bağlı bəzi məsələlərin tənzimlənməsi | 87 559,0 |
7 | Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər | 4 008,9 |
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 iyul 2008-ci il