İnvestisiya departamentinin Sabit gəlirli qiymətli kağızlar və pul bazarları şöbəsinin treyderi

Azərbaycan Respublikasının Dövlət Neft Fondu (Fond), 1999-cu ildə Azərbaycanın neft və qaz gəlirlərini indiki və gələcək nəsillərin mənafeyi naminə idarə edilməsi və qorunması məqsədilə yaradılmış suveren sərvət fondudur. Fond milli sərvətin qorunması, nəsillərarası ədalətin təmin edilməsi və davamlı iqtisadi inkişafın təşviqində mühüm rol oynayır.

Fond səhmlər, sabit gəlirli qiymətli kağızlar, daşınmaz əmlak və digər maliyyə alətləri də daxil olmaqla, investisiya portfelini idarə edir. Fondun investisiyaları uzunmüddətli maliyyə davamlılığını təmin etməyə və ölkənin iqtisadi sabitliyinə töhfə verməyə yönəlmiş strateji yanaşma ilə idarə olunur.

Fondda İnvestisiya departamentinin Sabit gəlirli qiymətli kağızlar və pul bazarları şöbəsinin treyderi vakansiyasına müraciət etməklə siz, təşkilatın investisiya strategiyası və portfel idarəçiliyinə töhfə vermək imkanını əldə etmiş olursunuz. Vəzifə öhdəliklərinə investisiya təkliflərinin təhlili, yoxlamanın (due diligence) aparılması, qiymətli kağızların alqı-satqısının həyata keçirilməsi və portfelin fəaliyyətinin monitorinqi də daxildir ki, bu da Fondun Azərbaycanın suveren sərvətini davamlı şəkildə idarə etmə missiyasını dəstəkləyir. Investisiya Komitəsinə təqdimatların hazırlanması zamanı daxili və xarici tərəfdaşlarla əməkdaşlıq edərək bazar trendləri və investisiya imkanları barədə məlumatların paylaşılması zəruridir.


Siz hansı işləri görəcəksiniz?:

  • İnvestisiya siyasəti çərçivəsində sabit gəlir və pul bazarları alt portfelində kapital bazarlarındakı tendensiyalarla bağlı taktiki dəyişikliklərlə bağlı təkliflər hazırlayıb rəhbərliyə təqdim etmək.
  • Verilmiş risk limitləri daxilində sabit gəlir və pul bazarı qiymətli kağızlarının ticarətini həyata keçirmək.
  • İnvestisiya siyasəti ilə müəyyən edilmiş proporsiyalara uyğun olaraq investisiya portfelinin valyuta tərkibinin bölüşdürülməsini təmin etmək.
  • Birbaşa rəhbərin və Fondun rəhbərliyinin tələbi əsasında tədqiqat aparmaq və hesabatlar, təqdimatlar və digər analitik materialları hazırlamaq.
  • Fond üçün potensial kontragentlər haqqında araşdırmalar aparmaq.
  • Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər vəzifə və öhdəlikləri yerinə yetirmək.


Sizdən nələr tələb olunur?:

  • Maliyyə, iqtisadiyyat, riyaziyyat və ya digər riyazi sahələr üzrə ali təhsil (yüksək akademik göstəricilər ilə).
  • Yüksək səviyyədə riyazi və analitik qabiliyyət.
  • Microsoft Office - Word, Excel, Power Point proqramlarından mükəmməl istifadə qabiliyyəti.
  • Azərbaycan və ingilis dillərini səlis səviyyədə bilmək.


Axtardığımız namizəd kimdir?:

Biz detallara diqqət yetirən, güclü analitik və araşdırma bacarıqlarına malik peşəkar axtarışındayıq. Riyyaziyyat, Statistika və ya Kompüter elmləri sahəsində bilik və bacarıqlara malik olmaq, Python, R və SQL proqramlarında işləmək qabiliyyəti tələb olunur. Əqdlərin alqı-satqısı üzrə təcrübə arzuolunan, pul bazarlarının digər alətləri üzrə əqdlərin bağlanması ilə bağlı təcrübə üstünlükdür;

Güclü kommunikasiya bacarıqları və dinamik komanda mühitində effektiv əməkdaşlıq etmək qabiliyyəti əsasdır.

Maraqlısınız?

Biz müraciətinizi gözləyirik! Aşağıdakı link vasitəsilə işə qəbul sistemimiz vasitəsilə müraciət etməyinizi xahiş edirik. Müraciətlər müraciət müddəti boyunca davamlı olaraq nəzərdən keçiriləcəkdir.

Müraciətlər 27dekabr 2024-cü il tarixinədək qəbul edilir.