Hesablaşmalar departamentinin mütəxəssisi

Azərbaycan Respublikasının Dövlət Neft Fondu (Fond), 1999-cu ildə Azərbaycanın neft və qaz gəlirlərini indiki və gələcək nəsillərin mənafeyi naminə idarə edilməsi və qorunması məqsədilə yaradılmış suveren sərvət fondudur. Fond milli sərvətin qorunması, nəsillərarası ədalətin təmin edilməsi və davamlı iqtisadi inkişafın təşviqində mühüm rol oynayır.

Fond səhmlər, sabit gəlirli qiymətli kağızlar, daşınmaz əmlak və digər maliyyə alətləri də daxil olmaqla, investisiya portfelini idarə edir. Fondun investisiyaları uzunmüddətli maliyyə davamlılığını təmin etməyə və ölkənin iqtisadi sabitliyinə töhfə verməyə yönəlmiş strateji yanaşma ilə idarə olunur.

Fondda Hesablaşmalar departamentinin mütəxəssisi vəzifəsinə müraciət etməklə siz daim karyera inkişafını və öyrənmə imkanlarını təmin edən peşəkar mühitdə çalışma fürsətini əldə edirsiniz. Vəzifə öhdəliklərinə maliyyə əməliyyatlarının verifikasiyası, müfəssəl hesabatların hazırlanması və investisiya uçotunun aparılması daxildir. Maliyyə əməliyyatlarının optimallaşdırılması və qərarvermə proseslərinə dəstək göstərmək məqsədilə daxili komandalar və xarici tərəfdaşlarla əməkdaşlıq zəruridir.

İdeal namizədlər güclü analitik bacarıqlara, MS Excel proqramında səriştəyə və mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə bakalavr dərəcəsinə malik olmalıdırlar. Azərbaycan və ingilis dillərində səlis bilik tələb olunur. Maliyyə əməliyyatları sahəsində əvvəlki təcrübə üstünlük təşkil edir, lakin biz maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə yüksək akademik göstəricilərə malik məzunları da Fondda karyera yoluna başlamaq üçün müraciət etməyə dəvət edirik.


Siz hansı işləri görəcəksiniz?:

  • Maliyyə əməliyyatları üzrə verifikasiya, hesablaşmalar, tutuşdurmaların və araşdırmaların aparılması;
  • Müfəssəl hesabatların hazırlanması;
  • İnvestisiya vəsaitinin idarə edilməsi ilə bağlı məlumatların sistemə gündəlik daxil edilməsi və yenilənməsi daxil olmaqla investisiyaların uçotunun aparılması;
  • Maliyyə üzrə əməliyyatlarının optimallaşdırılması üçün xüsusi daxili sistemlərdən istifadə edilməsi;
  • Səmərəlilik və dəqiqliyi təmin etmək üçün interfeyslər üzrə məlumatların işlənməsi;
  • Qərarvermə üzrə müvafiq tədbirləri təmin etmək üçün brokerlər, banklar, daxilolmalar, “default”lar üzrə statistik məlumatların təqdim olunması;
  • Kastodial bankın və menecerlərin hesab-fakturalarındakı hesablamaların yoxlanılması;
  • Uyğunluq və dəqiqliyi təmin etmək şərtilə hesabların açılmasına dair sənədləşmənin həyata keçirilməsi.


Sizdən nələr tələb olunur?:

  • Maliyyə, iqtisadiyyat, riyaziyyat və ya digər riyazi sahələr üzrə ali təhsil (yüksək akademik göstəricilər ilə);
  • Microsoft Office - Excel, Power Point proqramlarından mükəmməl istifadə qabiliyyəti;
  • İngilis dilini səlis səviyyədə bilmək;
  • Maliyyə və ya hesabatlılıq üzrə ixtisaslaşma üstünlükdür;
  • Maliyyə proseslərinin dərindən başa düşülməsi vacibdir. BNYM və/və ya Bloomberg təcrübəsi üstünlük təşkil edir, lakin məcburi deyil;
  • SWIFT üzrə biliklər arzuolunandır;


Axtardığımız namizəd kimdir?:

Biz detallara diqqət yetirən, nəticəyönümlü və komanda işinə meyilli olan, eyni zamanda analitik bacarıqlara və yüksək ünsiyyət qabiliyyətinə malik namizədləri axtarırıq.


Maraqlısınız?

Biz müraciətinizi gözləyirik! Aşağıdakı link vasitəsilə işə qəbul sistemimiz vasitəsilə müraciət etməyinizi xahiş edirik. Müraciətlər müraciət müddəti boyunca davamlı olaraq nəzərdən keçiriləcəkdir.


Müraciətlər 27dekabr 2024-cü il tarixinədək qəbul edilir.