İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin idarəedilməsi şöbəsinin Baş mütəxəssisi

Azərbaycan Respublikasının Dövlət Neft Fondu (Fond), 1999-cu ildə Azərbaycanın neft və qaz gəlirlərini indiki və gələcək nəsillərin mənafeyi naminə idarə edilməsi və qorunması məqsədilə yaradılmış suveren sərvət fondudur. Fond milli sərvətin qorunması, nəsillərarası ədalətin təmin edilməsi və davamlı iqtisadi inkişafın təşviqində mühüm rol oynayır. Fond səhmlər, sabit gəlirli qiymətli kağızlar, daşınmaz əmlak və digər maliyyə alətləri də daxil olmaqla, investisiya portfelini idarə edir. Fondun investisiyaları uzunmüddətli maliyyə davamlılığını təmin etməyə və ölkənin iqtisadi sabitliyinə töhfə verməyə yönəlmiş strateji yanaşma ilə idarə olunur. Fondda İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin idarəedilməsi şöbəsinin Baş mütəxəssisi vakansiyasına müraciət etməklə, siz təşkilatın kiber təhlükəsizlik strategiyasının və idarəçiliyinin formalaşdırılmasına töhfə vermək imkanını əldə etmiş olacaqsınız. Vəzifə öhdəliklərinizə təhlükəsizlik risklərinin təhlili, müdafiə strategiyalarının hazırlanması və tətbiqi, insidentlərə cavab vermə prosesinin inkişaf etdirilməsi daxildir ki, bu da Fondun Azərbaycanın suveren sərvətini təhlükəsiz şəkildə idarəetmə missiyasını dəstəkləyir. Təhlükəsizlik auditlərinin və qiymətləndirmələrinin aparılması, habelə yeni təhdidlər və təhlükəsizlik texnologiyaları barədə məlumatların paylaşılması üçün daxili və xarici tərəfdaşlarla əməkdaşlıq zəruridir.


Siz hansı işləri görəcəksiniz?:

• İnformasiya təhlükəsizliyi risklərinin təhlili və müdafiə strategiyalarının hazırlanması və tətbiqi;

• İnsidentlərə cavab vermə prosesinin inkişaf etdirilməsi və zərərlərin azaldılması;

• Təhlükəsizlik auditlərinin və risk qiymətləndirmələrinin aparılması;

• Təhlükəsizlik tədbirlərinin təkmilləşdirilməsi üçün tövsiyələrin verilməsi;

• Təhlükəsizlik məsələləri üzrə daxili və xarici tərəflərlə əlaqə saxlamaqla təhlükəsizlik tədbirlərinin icrasına nəzarət;

• Təhlükəsizlik hadisələrinin qarşısını alma və onlara cavablandırılmasının təmin edilməsi;

• Təhlükəsizlik tədbirlərinin effektivliyini dəyərləndirilməsi və hesabatlılığın təmin edilməsi;

• Yeni təhdidlər və təhlükəsizlik texnologiyaları haqqında mütəmadi olaraq məlumatlı olma.


Sizdən nələr tələb olunur?:

• Ali təhsil (Kiber təhlükəsizlik və ya IT sahəsində üstünlükdür);

• Kiber təhlükəsizlik sahəsində ən azı 2 il iş təcrübəsi;

• Məlumat təhlükəsizliyi və şəbəkə təhlükəsizliyi sahələrində yüksək bilik. İnsident idarəetmə və risk dəyərləndirmə bacarıqları;


Axtardığımız namizəd kimdir?:

Biz kibertəhlükəsizlik sahəsində təcrübəsi olan, güclü komanda işi və problem həll etmə bacarıqlarına malik bir peşəkar axtarırıq. Təhlükəsizlik protokolları, təhdidlərin aşkarlanması və aradan qaldırılması strategiyaları sahəsində təcrübə mütləqdir. Güclü ünsiyyət bacarıqları və komanda mühitində effektiv əməkdaşlıq etmə qabiliyyəti vacibdir. Azərbaycan dilini səlis səviyyədə bilmək tələb olunur. İngilis dili bilikləri arzuolunandır.


Maraqlısınız?:

Biz müraciətinizi gözləyirik! Aşağıdakı link vasitəsilə işə qəbul sistemimiz vasitəsilə müraciət etməyinizi xahiş edirik. Müraciətlər müraciət müddəti boyunca davamlı olaraq nəzərdən keçiriləcəkdir.


Müraciətlər 27dekabr 2024-cü il tarixinədək qəbul edilir.