Azərbaycan Respublikasının Dövlət Neft Fondu (Fond), 1999-cu ildə Azərbaycanın neft və qaz gəlirlərini indiki və gələcək nəsillərin mənafeyi naminə idarə edilməsi və qorunması məqsədilə yaradılmış suveren sərvət fondudur. Fond milli sərvətin qorunması, nəsillərarası ədalətin təmin edilməsi və davamlı iqtisadi inkişafın təşviqində mühüm rol oynayır.
Fond səhmlər, sabit gəlirli qiymətli kağızlar, daşınmaz əmlak və digər maliyyə alətləri də daxil olmaqla, investisiya portfelini idarə edir. Fondun investisiyaları uzunmüddətli maliyyə davamlılığını təmin etməyə və ölkənin iqtisadi sabitliyinə töhfə verməyə yönəlmiş strateji yanaşma ilə idarə olunur.
İnvestisiyalarda əməliyyatlar departamentinin İnvestisiyalar üzrə aparıcı hüquq məsləhətçisi vakansiyasına müraciət etməklə siz, Fondun investisiya strategiyası və hüquqi dəstəyinə töhfə vermək imkanını əldə etmiş olursunuz. Vəzifə öhdəliklərinə investisiya təkliflərinin hüquqi ekspertizanın keçirilməsi, sənədlərin nəzərdən keçirilməsi və müxtəlif hüquqi dəstək xidmətlərin göstərilməsi daxildir ki, bu da Fondun Azərbaycanın suveren sərvətini davamlı şəkildə idarə etmə missiyasını dəstəkləyir.
Siz hansı işləri görəcəksiniz? :
Bu vəzifə Fondun investisiya fəaliyyətinin bütün istiqamətləri üzrə peşəkar hüquqi dəstəyin göstərilməsini əhatə edəcək, o cümlədən:
Sizdən nələr tələb olunur?:
Axtardığımız namizəd kimdir?:
Biz detallara diqqət yetirən, güclü araşdırma və təhlil bacarıqlarına, həmçinin müstəqil və vaxt məhdudiyyəti şəraitində işləyə bliəcək təşəbbüskar namizədlər axtarışındayıq.
Maraqlısınız?:
Biz müraciətinizi gözləyirik! Aşağıdakı link vasitəsilə işə qəbul sistemimiz vasitəsilə müraciət etməyinizi xahiş edirik. Müraciətlər müraciət müddəti boyunca davamlı olaraq nəzərdən keçiriləcəkdir.
Müraciətlər 27 dekabr 2024-cü il tarixinədək qəbul edilir.