Vakansiya

ARDNF-yə işə qəbul ilk əvvəl Fondun rəsmi veb saytında vakant iş yerləri haqqında müsabiqə elanının yerləşdirilməsi ilə həyata keçirilir. ARDNF-yə əsasən bir yolla (ARDNF-nin veb saytında yerləşdirilmiş elektron anket formasını doldurub göndərməklə) iş üçün müraciətlər qəbul olunur. ARDNF-yə işə qəbul zamanı namizədlərin həmin vəzifəni yerinə yetirmək üçün ARDNF tərəfindən qoyulan tələblərə cavab verməsi və onlarda xüsusi potensialın olması mühüm faktordur. ARDNF inanır ki, müvafiq vəzifələrə daha uyğun insanların işə götürülməsi davamlı müvəffəqiyyət üçün ən yaxşı strategiyadır. ARDNF-nin bugünkü nailiyyətləri və sabahkı uğurları tamamilə Fondun komandasının işindən asılıdır. Neft Fonduna işə qəbul olmaq istəyən namizəd şəxslər üçün əsas tələblər aşağıdakılardır: 1. Azərbaycan Respublikasının vətəndaşı olmaq; 2. Seçilmiş vəzifənin tələblərinə cavab verəcək ali təhsil; 3. Azərbaycan və ingilis dillərini mükəmməl bilmək; 5. Kompyuter proqramlarını bilmək; 6. Kreativ olmaq; 7. Komandada işləmək bacarığına malik olmaq; 8. Ünsiyyətqurma bacarığına malik olmaq. QEYD: Müraciət üçün aşağıda qeyd olunan vakansiyalara daxil olaraq " İş üçün müraciət" formasını doldurmağınız vacibdir. Komandamızın üzvü olmaq istəyirsinizsə, aşağıdakı vakansiyalara baxa bilərsiniz: