İnvestisiya departamentinin Sabi̇t gəli̇rli̇ qi̇ymətli̇ kağızlar və pul bazarları şöbəsinin treyderi

Azərbaycan Respublikası Dövlət Neft Fondu (bundan sonra-Fond) Sizi İnvestisiya departamentinin Sabi̇t gəli̇rli̇ qi̇ymətli̇ kağızlar və pul bazarları şöbəsinin treyderi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.


Vəzifə üzrə əmək funksiyaları:

• İnvestisiya siyasəti çərçivəsində sabit gəlir və pul bazarları alt portfelində kapital bazarlarındakı tendensiyalarla bağlı taktiki dəyişikliklərlə bağlı təkliflər hazırlayıb rəhbərliyə təqdim etmək.

• Verilmiş risk limitləri daxilində sabit gəlir və pul bazarı qiymətli kağızlarının ticarətini həyata keçirmək

• İnvestisiya siyasəti ilə müəyyən edilmiş proporsiyalara uyğun olaraq investisiya portfelinin valyuta tərkibinin bölüşdürülməsini təmin etmək.

• Birbaşa rəhbərin və Fondun rəhbərliyinin tələbi əsasında tədqiqat aparmaq və hesabatlar, təqdimatlar və digər analitik materialları hazırlamaq.

• Fond üçün potensial kontragentlər haqqında araşdırmalar aparmaq.

• Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər vəzifə və öhdəlikləri yerinə yetirmək.


Tələb olunan bacarıqlar

• Maliyyə, iqtisadiyyat, riyaziyyat və ya digər riyazi sahələr üzrə ali təhsil (yüksək akademik göstəricilər ilə)

• Detallara önəm verən (yüksək səviyyədə riyazi və analitik qabiliyyətlər)

• Güclü ünsiyyət bacarıqları

• Microsoft Office - Word, Excel, Power Point proqramlarından mükəmməl istifadə qabiliyyəti;

• Azərbaycan və ingilis dillərini səlis səviyyədə bilmək


Arzu olunan bacarıqlar

• Riyaziyyat, statistika və ya kompüter elmləri üzrə təhsil və ya biliklər;

• Python, R and SQL proqramları üzrə bacarıqlar;

• Əqdlərin alqı-satqısı üzrə təcrübə arzuolunan, pul bazarlarının digər alətləri üzrə əqdlərin bağlanması ilə bağlı təcrübə üstünlükdür;


📩 Qeyd edilən tələblərə uyğun namizədlərdən CV-lərini hr@oilfund.az elektron poçt ünvanına “ Treyder, Sabit gəlirli qiymətli kağızlar” mövzusu ilə göndərmələri xahiş olunur.